Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xurma orqanizmin şəkərə olan ehtiyacını təmin edir

Tarix: 18-09-2018 23:23     Baxış: 3413 A- / A+
Xurma orqanizmin şəkərə olan ehtiyacını təmin edir

Xurma elə bitkilərdəndir ki, Quranda adı çəkilmişdir. Müsəlmanlar onu behişt meyvəsi kimi tanıyırlar. Bu meyvənin tərkibində çox sayda vitaminlər vardır. O cümlədən: A, B, C, E. Hər bir 100 qr. xurmada 14 milliqr. C vitamini vardır. Bundan başqa, tərkibində fosfor, kalsium, dəmir, yod və maqnezium vardır. Bu maddələrin hər biri sağlamlıq üçün çox faydalıdır.

Xurma tərkibində olan maqneziuma görə xərçəng əleyihənədir. Ona görə də bu meyvədən istifadə etmək çox tövsiyə olunur. Bu meyvə oruc tutanlar üçün də faydalıdır. Çünki tərkibində olan şəkər insanın gündəlik ehtiyacını təmin edir və həm də həzm sistemini təhrik edir.

Əgər xurma un məhsulları ilə bir yerdə qəbul edilərsə, oruc zamanı insan gündəlik fəaliyyət üçün lazım olan enerjiyə malik ola bilər.

İnsan oruc tutan zaman şəkəri aşağı düşər və elə qidalardan istifadə edilməlidir ki, tez həzm oluna bilsin. Hər kəs iftara yaxın baş ağrısından əziyyət çəkərsə, bu, bədəndə şəkər azlığından xəbər verir. Əgər insan iftarını xurma ilə açarsa, həmin ağrının qarşısını almış olar.

Xurmanın özü faydalı olduğu kimi, onun şirəsi də çox faydalıdır. Xurmanın şirəsindən bakteriya əleyhinə istifadə olunur və yaraların sağaldılmasında təsirlidir. Mütəxəssislərin nəzərinə görə, bu şirə hətta baldan da faydalıdır.(milli.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar