Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qocalmağa qoymayan NADİR MADDƏ: İNANILMAZ FAKTLAR

Tarix: 18-09-2018 11:13     Baxış: 3388 A- / A+
Qocalmağa qoymayan NADİR MADDƏ: İNANILMAZ FAKTLAR


Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə vitamin adlandırılan alfa lipoik turşusunun bir çox faydaları var. Alfa lipoik turşusu son illərdə bir çox araşdırmanın əsas obyekti olub. Bu maddə həm suda, həm də yağda həll olmaq qabiliyyətinə malikdir. Antioksidant xüsusiyyətlərini özündə ehtiva edən maddə yaşlanmaya qarşı güclü silahdır. Araşdırmalarda məlum olub ki, alfa liopik C, E vitaminləri və digər antioksidantlardan çox daha güclüdür. Alfa Lipoik turşusu C və E vitamini, Co-enzym Q10 və Glutation kimi digər antioksidantlar arasında güclü antioksidant şəbəkəsi əmələ gəlməsini dəstəkləyir və digər antioksidantların bədəndə istifadəsini artırır.

Berkli Universitetində aparılan tədqiqatda alfa lipoik turşusu ilə L-Carnitinin birgə istifadəsi hüceyrələrin həyat müddətini uzatdığı göstərilib. Bəzi araşdırmalar isə alfa lipoik turşusu həblərinin arıqlamağa kömək etdiyini iddia edir.

Publika.az Azərbaycanlı dietoloq və “Sağlam bəslən-arıqla” kitabının müəllifi Leyla Zülfüqarlı alfa lipoik turşusu haqqında ətarflı məlumat verib:

“Təbii ki, doymamış yağ turşularının bu və ya digər şəkildə arıqlamağa təsiri var, amma bu problemi bir tərkibin sayəsində həll etmək olmaz. İlk növbədə kökəlməyə səbəb olan bir sıra məsələləri aradan qaldırmalıyıq. Təkcə bir maddədən möcüzə gözləmək absurd və səhv olardı. Çünki mexanizm bir tərkibin üzərində qurulmur. Odur ki, alfa lipoik turşusunu içməklə arıqlamaq mümkün deyil”.

Mütəxəssis bildirib ki, insanlar qidalanmada çoxsaylı səhvlərə yol verdiyi üçün artıq çəkidən əziyyət çəkir: “Bəşəriyyətdə piylənmə ciddi rəqəmlərə çıxmaqdadır. Azərbaycanda ölkənin genefonduna görə, əhalinin 60 faizi kökəlməkdən əziyyət çəkir. Və kökəlmənin əsas səbəblərinin 56 faizini səhv qidalanma təşkil edir. Yerdə qalan 4 faizi isə genetik və digər səbəblərdən dolayı baş verir. Təbii ki, alfa lipoik turşusunun köməyi ilə bu qədər kökəlmənin qarşısını almaq qeyri-mümkündür. Köklükdən xilas olmağımızın birinci aparıcı qüvvəsi sağlam qidalanmadır. Buna görə də mətbəximizdə islahatlar aparmağa başlamalıyıq. Sağlam qidalanma böyük bir elmdir. Onun çox ciddi müddəaları var. Müddəaların birini edib, digərini etməsək, yenə müsbət nəticələr verməcəyək. Rasional qidlanma balanslaşma rejimində edilməlidir, bütün parametrlərə cavab verməlidir. Bunları etməyən insan bütün günü bu tərkibi içsə, hansı effektdən söhbət gedə bilər? Bir mütəxəssis kimi həblər vasitəsilə arıqlamağa çalışan insanları sözsüz ki, qınayıram. Onları bu yoldan çəkinməyə səsləyirəm. Dərman vasitələri ilə arıqlamaq məsləhət deyil. Ən sağlam üsul rasinol qidalanmaya riayət etməkdir”.

Oxucuları müxtəlif ölkələrdə alfa lipoik turşusu ilə bağlı aparılan araşdırmaların nəticələrini ilə tanış edirik.

Alfa lipoik turşusu ehtiva edən qidalar

Alfa lipoik turşusuna qırmızı ət, böyrək və qaraciyər kimi məhsullarda, həmçinin pivə mayası, gül kələmi, ispanaq, pomidor və yaşıl noxud kimi bitkilərin tərkibində rast gəlinir. Bu yaxınlarda isə alimlər orqanizmimizin da kiçik miqdarda alfa lipoik turşusu istehsal etdiyini kəşf edib. Eyni zamanda alfa lipoik turşusu həb şəklində bəzi xəstəliklərin müalicəsində istifadə edilir.

Alfa lipoik turşusunun 10 faydası

1. Alfa lipoik turşusu orqanizmimizin ərzaqlardan istehlak etdiyi karbohidratlardan, yağlardan və zülallardan enerji istehsal olunmasında B vitamininə yardım edir. Xroniki yorğunluğu aradan qaldırır.

Bədəni oksigen azlığı nəticəsində yaranmış problemlərdən ən yüksək səviyyədə qoruyur. Yağda həll edildikləri üçün hüceyrə qılafını keçib hüceyrə içindəki genetik şifrəni qorumaq şərti ilə xərçəngə qarşı önləyici rol oynayır.

2. Alfa lipoik turşusu xəstəxanalarda qaraciyərə təsir edən zəhər müalicəsində iynə yolu ilə istifadə edilir.

3. Alfa lipoik turşusu diabetik müalicədə də istifadə olunur. ( 1 və 2-ci tip diabetdə)

2-ci tip diabet xəstəliyində qanda şəkərin səviyyəsinin tənzimlənməsində rol oynaya bilər. Şəkər xəstələrində görülən ağrıları və ətalət hissini yüngülləşdirə bilər.

Araşdırmalar göstərib ki, alfa lipoikin HİV və qaraciyər xəstəliklərin müalicəsində də faydalı ola biləcək. Heyvanlar üzərindən aparılan sınaqlarda alfa lipoik turşusunun HİV virusunun böyüməsini əngəllədiyi məlum olub, lakin insanlar üzərində eyni təsirə malik olub-olmayacağı hələlik məlum deyil.

1995-ci ildə aparılan araşdırmanın nəticələrinə görə, alfa lopoik turşusu katarakt proplemi olan şəxslərin müalicəsində müsbət istiqamətdə təsir göstərib.

Klivlend Klinikasından verilən açıqlamaya görə, alfa lipoik turşu tərkibli kremlər dəri qocalmasının qarşısını alır.

5. Alfa lipoik ürək xəstəlikləri nəticəsində baş verə biləcək qəfil ölümlərin də qarşısını almaqda yardım edir.

6. Bu turşu beyin funksiyalarını qoruyur, eyni zamanda altsheymer kimi xəstəliklərdə hafizə itkisinin qarşısını alır.

2007-ci ildə “Journal of Neural Transmission”da nəşr edilən araşdırmanın nəticəsinə görə, gündəlik 600 mq-lıq alfa lipoik turşusu Alzheimer xəstəliyinin inkişafını ləngidir.

7. Alfa Lipiok turşusu beyin hüceyrələrinin mühafizəsinə yardım edir.

8. Antioksidant kimi bədəni xərçəngdən qorunması barədə araşdırmalar davam edir.

İmmun sisteminin fəallığını artırır, həmçinin radiasiyanın zərərli təsirlərindən qoruyur.

9. Alfa lipoik sinirlərə qan axınının artmasına yardım edir və beləliklə bədən üzvlərinin uyuşmasının qarşısını alır.

10. Qaraciyəri zərərli hüceyrə dəyişikliklərindən qoruyur və toksinlərin orqanizmdən atılmasında yardımçı olur.

Gündəlik doza:

Ümumi istifadə üçün 30 - 100 mq.

Diabet müalicəsində - 3x200 mq.

Sinir, qaraciyər funksiyalarında qan dövranını yaxşılaşdırmaq məqsədilə gündəlik 600 mq-a qədər istifadə edənlər də var.

Həm kapsul, həm də inyeksiyalar şəklində tətbiq edilir.

Zərərləri varmı?

Qalxanabənzər xəstəlikləri olan şəxslər və diabetik dərman istifadə edənlər həkim razılığı olmadan istifadə etməməlidir. Çünki Metmorfin (Glucophage), glipizid (Glucotrol) və gliburid (Diabetə) kimi qanda şəkərin miqadarını aşağı salan dərmanlarla birlikdə istifadəsi mənfi təsirə səbəb ola bilər.

Alfa lipoik turşusu bəzi metabolik yollarda ferment fəallıqlarına təsir göstərə bilər. Ümumiyyətlə, həkim məsləhəti olmadan istifadə edilməsi məsləhət deyil.

Sitokin P 450 kimi ferment sistemiylə həzm olunan dərmanlarla bu növ məhsulların birlikdə istifadəsi bəzən mənfi nəticələrə gətirib çıxara bilər.

Yüksək dozalarda mədə ürək bulanması və ishal kimi yan təsirləri mümkündür. Çox artıq qəbulu qanda şəkərin miqdarının aşağı düşməsinə yol açar.

Bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Alfa lipoik turşusu metal yaradan bir maddə olduğu üçün maqnezium, dəmir və süd kimi kalsium tərkibli məhsullarla bir yerdə qəbul edilməməlidir.

B1 vitamini çatışmazlığı olan şəxslərin istifadə etməsi məsləhət görülmür.

Hamiləlik və əmizdirmə dövründə istifadə olunmamlıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar