Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən yeni AÇIQLAMA: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar

Tarix: 17-09-2018 07:46     Baxış: 3251 A- / A+
Alimlərdən yeni AÇIQLAMA: Yüksək qan təzyiqini dərmansız da aşağı salmaq olar

Həyat tərzini 16 həftə ərzində dəyişdirmək qan təzyiqini aşağı salır və hipertenziya ilə mübarizə aparmaq üçün istifadə edilən dərman miqdarını da azaldır.

Manevr.az "ölkə.az"-a istinadən xəbər verir ki, bunu Amerika ürək assosiasiyasının tədqiqatçıları bildiriblər.

Kardioloqlar qeyd ediblər ki, yüksək qan təzyiqi olan insanlar pəhrizə və müntəzəm olaraq idmanla məşğul olmağa xüsusi diqqət ayırmalıdırlar. Bu məsləhət həm kişilərə, həm də qadınlara aiddir.

Alimlər 40-80 yaş arası, artıq çəkisi və yüksək qan təzyiqi olan 129 nəfər üzərində təcrübə apararaq bu qənaətə gəliblər. Onları üç qrupa bölüblər. Hər bir qrup üçün mütəxəssislər 16 həftəlik proqram hazırlayıblar.

Birinci qrupda meyvə, tərəvəz, qırmızı ət, duzlu qidalar və şirniyyat təqdim edilib. Bundan başqa həftədə 3 dəfə idmanla məşğul olublar.

İkinci qrupa da eyni qidalar verilib amma idmanla məşğul olmayıblar. Üçüncü qrupa isə heç bir qida və idman proqramı verilməyib. Bununla yanaşı heç bir qrup dərmandan istifadə etməyib. 16 həftədən sonra isə nəticələr açıqlanıb. Məlum olub ki, birinci qrupdakılar çəki atıblar və qan təzyiqləri aşağı düşüb. Digər qruplarda isə bu müşahidə edilməyib. Eyni zamanda 1-ci qrupa daxil olanların cəmi 15 faizi təcrübədən sonra dərmana ehtiyac duyub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar