Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəliyə yoluxanların sayı artıb - Azərbaycanda

Tarix: 07-09-2018 21:01     Baxış: 2311 A- / A+
Bu xəstəliyə yoluxanların sayı artıb - Azərbaycanda


Azərbaycanda sifilis diaqnozu qoyulmuş xəstələrin sayı artıb.

Manevr.az yenicag.az- a istinadən xəbər verir ki, ötən il müalicə – profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2394, 2016-cı ildə 1587, 2005-ci ildə 547 nəfər olub.

Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2017-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 967 nəfər olub. Bu göstərici 2016-cı ildə 907, 2015-ci ildə 560, 2005-ci ildə 222 olub.

Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur.

Keçən il ərzində müalicə – profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 558-i kişi olub. Ötən il ilk dəfə sifilis diaqnozu qoyulanların 652-si, 2016-cı ildə 593-ü, 2005-ci ildə 139-u kişi olub.

Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 9,9 nəfər olub.

Azərbaycanda sifilisli xəstələrin sayı artsa da, digər zöhrəvi xəstəlik olan qonokokk infeksiya ilə (süzənək) xəstələnənlərin sayı azalıb.

Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan qonokokk infeksiya ilə xəstələnənlərin sayı 152 nəfər olub. Bu say 2016-cı illə müqayisədə (105 nəfər) çox olsa da, 2005-ci illə müqayisədə (1 360 nəfər) xeyli azdır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artımın müşahidə edildiyini söyləyib. O, zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlindiyini, bu xəstəliklərin əsasən reproduktiv yaş dövründə olan – 50 yaşadək olan kişilərdə müşahidə olunduğunu açıqlamışdı.

Z.Fərəcovun sözlərinə görə, əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.

Ölkənin baş mütəxəssisi payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar