Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu gigiyenik vasitələr dəri xərçənginə səbəb olur

Tarix: 06-09-2018 07:33     Baxış: 2329 A- / A+
Bu gigiyenik vasitələr dəri xərçənginə səbəb olur


Seçenov Universitetinin Onkoloji Mərkəzinin rəhbəri, tanınmış rusiyalı onkoloq akademik İqor Reşetov "Komsomolskaya Pravda"ya müsahibəsində xərçəng xəstəliklərinin bəzi bilmədiyimiz risk faktorlarını açıqlayıb.

Akademikin fikrinə görə, bütün dünyada artmaqda olan dəri xərçəngi dəriyə qulluq zamanı istifadə olunan müxtəlif sintetik gel və köpüklərlə bağlı ola bilər. Bu vasitələrdən sui-istifadə dərini zəiflədir, qurudur, dərinin qoruyucu qatını yuyub aparır ki, nəticədə dəri xarici və daxili mənfi təsirlərə qarşı daha həssas olur.

Onkoloq gel və köpüklərdən yalnız istisna hallarda istifadə etməyi, adi su və uşaq sabununa üstünlük verməyi tövsiyə edir.

Saglamolun.az xəbər verir ki, akademik həmçinin normal gecə yuxusunun xərçəngin profilaktikasında çox vacib olduğunu vurğulayıb. Hətta qısa bir müddət ərzində 6 saatdan az yatmaq immun sistemini ciddi şəkildə zəiflədir. Bildiyimiz kimi, immun sistemi bizi tək mikrob və viruslardan deyil, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələrindən də qoruyur. Beləliklə, yuxunun az olması da xərçəngin riskini artıran amildir.

İqor Reşetov qeyd edib ki, axşam 23.00-dan 02.00-a qədər yuxuda olmaq xüsusilə vacibdir. Bu zaman beyin melatonin hormonunu daha aktiv şəkildə ifraz edir. Melatonin orqanizmi qocalmaqdan və bir çox xəstəliklərin inkişafında, o cümlədən xərçəngdən qoruyur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar