Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng xəstəlikləri ilə mübarizə aparan QİDALAR

Tarix: 04-09-2018 14:51     Baxış: 3278 A- / A+
Xərçəng xəstəlikləri ilə mübarizə aparan QİDALAR



Xərçəng xəstəliklərinin Beynəlxalq araşdırmalar mərkəzinin alimlərinin qənaətinə görə, bütün onkoloji xəstəliklərin üçdə bir hissəsinin səbəbi düzgün qidalanmama ilə bağlıdır. Mütəxəssislər qeyd ediblər ki, onkoloji xəstəliklərin profilaktikasında sağlam qida ən başlıca şərtlərdən biridir.

Manevr.az bildirir ki, modern.az saytı mövzu ilə bağlı növbəti yazını təqdim edir.
Xərçəngin profilaktikası üçün meyvə və tərəvəzlər gündəlik olaraq qida rasionuna daxil edilməlidir. Hər gün 400-500 qram meyvə və tərəvəzdən istifadə etməklə mədə, bağırsaq və sidik kisəsinin xərçəng xəstəliklərinə tutulma riskini iki dəfə azaltmaq olar.

Manevr.azmodern.az-a istinadən bildirir ki, yağlılıq dərəcəsi az olan süd və süd məhsulları xərçəng xəstəlikləri ilə mübarizə aparan qidalar sırasındadır. Bu məhsulların tərkibində olan kalsium orqanizmi xərçəngdən qoruyur.

Alimlər profilaktika üçün sutka ərzində 100 qramdan artıq olmamaq şərtilə quş və mal ətindən istifadə etməyi tövsiyə edirlər. Ət məhsullarından qızardılmış formada istifadə etmək isə məsləhət görülmür.

Xərçəngdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri də gün ərzində ən azı 2 fincan yaşıl çay içməkdir.

Alimlərin qənaətinə görə, onkoloji xəstəliklərin profilaktikasında bitki yağlarına üstünlük verilməlidir. Xörəklər və müxtəlif salatlar hazırlanarkən bitki yağlarından, xüsusilə də zeytun yağından istifadə edilməlidir.
Xərçənglə mübarizədə müntəzəm olaraq sarmısaq, soğan və göyərtilərdən istifadə etmək müsbət nəticə verir.

Onkoloji xəstəliklərdən qorunmaq üçün aşağıdakı qidalardan imtina edilməlidir:
Yağlı ət və ət məhsulları

Hisə verilmiş, qızardılmış, duza qoyulmuş, konservləşdirilmiş ərzaqlar

Alkoqollu içkilər

Yağlı pendir, kərə yağı

Un, qənnadı məmulatları.

Xərçəng xəstəliklərinə tutulma riskini azaltmaq üçün kalorili qidalardan imtina edilməlidir.

Belə düşünmək olar ki, müasir dünyamızın bəlasına çevrilən onkoloji xəstəliklərdən uzaq olmaq üçün insanın özündən də çox şey asılıdır. Sadəcə, qazanılan pulu xərçəngin dostlarına yox, düşmənlərinə xərcləmək kifayətdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar