Xəbər lenti
Depressiya endokrinoloji problemlərin əlamətlərindən biridir
Çox vaxt insanlar terapevtin məsləhəti və ya yönəltməsi ilə endokrinoloqa müraciət edirlər. Bu, müayinə zamanı endokrin sistemdə hansısa pozuntunun aşkarlanmasından sonra baş verir.
Manevr.az AzərTac-a istinadən bildirir ki, çox vaxt endokrin pozuntuların əsasını birinci və ya ikinci dərəcəli şəkərli diabet təşkil edir. Bu da orqanizmdə insulin çatmazlığı və ya şəkərin qanda normadan çox yüksək olması deməkdir. Adıgedən problemlər isə əsəb sistemini və damarları zədələyir, bədən üzvlərinin ciddi dəyişikliklərinə səbəb olur.
Bu baxımdan terapevt məsləhəti olmadan da endokrinoloqa getməyi vacib edən bir sıra amillər var.
Boğazda göynəmələr
Boğazda göynəmələr çox vaxt soyuqdəymə və ya qripin əlaməti olur. Lakin boğazda göynəmələr bəzən qalxanabənzər vəzdə olan pozuntular, törəmələr və düyünlər səbəbindən də irəli gələ bilər. Bəzən bunun, səs tellərində şişlik və ya səsin qalınlaşması səbəbindən qalxanabənzər vəzin funksiyalarının aşağı düşməsi (hipotireoz) səbəbindən meydana çıxması da mümkündür. Bu dəyişikliklər çox asanlıqla soyuqdəymə ilə də səhv salına bilər.
Saçların həddindən artıq tökülməsi və ya həddindən artıq tüklənmə
Endokrin sistem orqanizmdə gedən bütün prosesləri kontrolda saxlayır. Buna saç uzanması da aiddir. Qadınlarda alında saçların tökülməsi, qarın, çənə, bığ, gicgah nahiyələrinin tüklənmə kişi hormonlarının artmasına işarədir.
Çəki problemləri
Qalxanabənzər vəzin fəaliyyətində artma (hipertireoz) bir sıra fəsadlarla müşahidə edilə bilər: çəkinin sürətlə azalması, iştahanın artması, diarreya. Bu orqanın funksiyasının azalması isə maddələr mübadiləsinin ləngiməsi, çəki artımı və ödəmlə nəticələnə bilər.
Göründüyü kimi bir qayda olaraq endokrin problemlər çəki dəyişikliklərinə səbəb olur. Bununla yanaşı ağızda quruluq, susamaq, dəridə qaşınma, ayaqlarda ağrılar və ya göynəmələr, görmənin zəifləməsi kimi bir sıra amillər qanda şəkərin artmasına işarədir.
Yuxululuq və əsəbilik
Əgər yuxululuq və istəksizlik istirahətdən sonra da keçmirsə, səbəbsiz depressiyalar meydana çıxırsa, ani əhval-ruhiyyə dəyişiklikləri varsa bunu stressə və ya hansısa başqa amilə bağlamaq düzgün deyil. Belə ki, bu da endokrin sistemdə baş verən pozuntuların göstəricilərindən biridir. Xüsusilə həddindən artıq yuxululuq endokrinoloqa getməyi vacib edən səbəblərdəndir.
Bu simptomlar hiss olunduqda tez bir zamanda endokrinoloq müayinəsi mütləqdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar