Xəbər lenti
Alimlər optimal yuxu vaxtını müəyyən etdilər

Avropa Kardioloqlar Birliyinin mütəxəssisləri sağlamlıq üçün optimal yuxu vaxtını müəyyən ediblər.
Turkustan.info xəbər verir ki, müvafiq press-reliz birliyin rəsmi portalında yerləşdirilib.
Araşdırmanın müəllifi həkim Epayminondas Fontasın sözlərinə görə, bu gün yuxunun ürək-damar sisteminə təsiri ilə bağlı tibbdə çox az məlumat var.
Araşdırmalar zamanı alimlər davamlı yuxu ilə ürək-damar xəstəliklərinin inkişafının əlaqəsini öyrəniblər. Əvvəllər ürəyi ilə problem yaşamayan bir milyondan çox insan üzərində 11 müayinə aparılıb.
Müayinə edilmiş xəstələri üç qrupa bölüblər: birinci qrupa sutkada 8 saatdan çox, ikinci qrupa 6 saatdan az, 3-cü qrupa isə 6-8 saat arası yatanlar daxil edilib.
Araşdırmanın nəticəsində alimlər müəyyən ediblər ki, sutka ərzində 6 saatdan az yatan insanlarda ürək xəstəliklərinə və insulta olan meyillilik 11 faiz, gün ərzində 8 saatdan çox yatan insanlarda isə 33 faizdir.
Beləliklə, az və ya çox yatmağın ürək xəstəliklərindən və insultdan ölüm hallarını artırdığı müəyyən olunub.
Fontas qeyd edib ki, düzgün yuxu sağlam həyat tərzinin əsas hissəsidir./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar