Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yumurtalığın teratoması

Tarix: 25-08-2018 20:50     Baxış: 4283 A- / A+
Yumurtalığın teratoması


Dermoid kista yetişmiş teratomaya aid olub, yumurtalıq şişləri arasında 8% xəstələrdə təsadüf edilir. Dermoid kistaların etiologiya və poatogenezi indiyə qədər dəqiqləşdirilməyib.
Dermoid kista 20-40 yaşlarda bəzən isə uşaq və gənc yaşlarda təsadüf olunur. Klinik əlamətləri özünü ancaq böyük ölçülü kistalar zamanı biruzə verir. Xəstələr bəzən qarnın aşağı hissəsində ağrı hissindən və dizuriyadan şikayət edir.
Manevr.az immunitet.az-a istinadən bildirir ki, dermoid kista çox vaxt birtərəfli, az hallarda ikitərəfli olub, qalın, bozumtul-ağ rəngli səthi hamar, parıltılı, kapsula malik olub, uzunayaqcığı olduğundan çox hərəkətli olur və buda kistanın ayaqcıq ətrafında burulmasına şərait yaradır.
Dermoid kista çox zaman birkameralı, az hallarda çoxkameralı olur, əksər hallarda xoşxassəli olur, nadir hallarda maliqnizasiya əlamətləri qeyd olunur. Teratoma kəsildikdə kisəni xatırlardır, içərisində qatı möhtəviyyat olub, piy toxuması, tük və ya diş və s. müşahidə oluna bilər.
Diaqnoz:

Dermoid kistalara diaqnoz ginekoloji müayinəyə, USM-nə və laporoskopiyaya əsasən qoyulur.
Ginekoloji müayinə zamanı uşaqlıqdan öndə, dairəvi formada, hamar səthli, hərəkətli, ağrısız, bərk konsistensiyalı törəmə əllənir. Kistanın diametri 5-15 sm - ə qədər ola bilər.
Müalicəsi:

Dermoid kistanın müalicəsi cərrahi yolladır. Əməliyyatın həcmi törəmənin ölçüsündən, xəstənin yaşından və yanaşı genital və ekstragenital patologiyanın olmasından asılıdır. Qızlarda və gənc qadınlarda yumurtalıq sağlam toxumaya qədər rezeksiya olunur, perimenopauzal dövründə uşaqlıq artımlarla birgə supravaginal amputasiya olunur. Proqnozu qənaətbəxşdir. Yalnız 0.4-1.7 % hallarda bədxassəli şişlərə keçə bilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar