Xəbər lenti
Bel ağrısından əziyyət çəkirsinizsə bu məqaləni mütləq oxuyun!!!
Oturaq işdə çalışanların əksəriyyəti onurğa ağrılarından şikayət edirlər. Yay aylarında isə onurğa ağrıları özünü kəskin şəkildə göstərir. Həkimlər bu problemi aradan qaldırmaq üçün üzməyi təklif edirlər. Oturaq iş həyatı və ya kondisioner olan otaqda uzun müddət qalmaq onurğa ağrılarını daha da şiddətləndirir. Odur ki, əzələləri və sümükləri qorumağın ən yaxşı yolu üzməkdir.
İsti havalarda orqanizmin maye ehtiyacı artır. Həddindən artıq tərləmə və damarlarda istinin təsiri ilə yaranan genişlənmə nəticəsində orqanizmin uc hissələrində ödəm əmələ gəlir. Xüsusilə, uzun müddət kompüter istifadə edən, oturaq işdə çalışanlar, az hərəkət edən insanlar risk altındadır. Bütün bunlarla yanaşı ürək damar və böyrək xəstəlikləri də ödəm şikayətlərinə təkan verir.
İstidən orqanizminizdə ödəm əmələ gəlirsə...
Ayaq və əlləri bir müddət yuxarıda tutun.
Kompres: soyuq su ilə dolu vedrənin içində əl və ayaqlarınızı 10 dəqiqə saxlayın.
Ayaq barmaqlarından topuqlara doğru yüngül masaj da faydalı ola bilər.
lləri sıxıb 20-ə qədər sayın, sonra barmaqları açıb bağlayın.
llər və barmaqları müxtəlif istiqamətlərdə hərəkət etdirin. Bu hərəkət təxminən 10-15 dəfə təkrarlanmalıdır.
Dəniz, ya da hovuzda yaranan əzələ ağrılarını azaltmaq üçün
Ezələ ağrıları kalsium, kalium, maqnezium çatışmazlığı, istilik dəyişikliyi, maye itkisi və əzələlərin öyrəşmədiyi yükə məruz qalması nəticəsində yaranır. Mütəmadi olaraq məşq etmək, xüsusilə isinmə hərəkətləri əzələ ağrılarını xeyli azaldır. zələ ağrılarını yüngülləşdirməyin digər bir üsulu da üzgüçülükdür. Bundan başqa, çoxlu su içmək, xüsusən kalsium və maqnezium miqdarı yüksək olan qidalara üstünlük vermək bu ağrıların qarşısını alır.
Ağrılar təkrarlanarsa, gecə yatmazdan əvvəl dəsmalla əzələlərə isti kompres də edilə bilər. Dəniz, ya da hovuzda ağrılar artarsa, yavaşca üzmək məsləhət görülür. Sahilə çıxdıqda ağrıyan yerləri masaj edin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar