Xəbər lenti
Ayaq masajının intim həyata İNANMAYACAĞINIZ TƏSİRİ – MÖCÜZƏVİ 10 FAYDA

Uzun və yorucu günün ardından edilən ayaq masajı bədəni rahatlaşdırır və gərginliyi yox edir.
Publika.az xəbər verir ki, ayaq masajı bir çox xəstəliyə müalicəvi təsir göstərir. Bu yazıda oxucuları ayaq masajının inanılmaz faydaları ilə tanış edirik:
Təzyiqi aşağı salır

Yüksək təzyiq ürək xəstəliklərinin aparıcı səbəbidir. Qan təzyiqini aşağı salmaq üçün həyat tərzində müəyyən dəyişikliklər etmək və dərman müalicəsi lazımdır, Ancaq araşdırmalar göstərib ki, pəncə masajı xəstəliyin müalicəsinə müsbət təsir edir.
Menstruasiya və klimaks ağrılarını yaxşılaşdırır

Gündəlik ayaq massajı menstruasiya öncəsi yaşanan sindrom və gərginliyə, yuxusuzluq, baş ağrıları və ruhi dəyişikliklər də daxil olmaqla klimaks simptomlarını yüngülləşdirir. Masaj nöqtəsi pəncənin iç hissəsində yerləşir.
Xərçəng simptomlarını və kimyəvi terapiyanın əks təsirlərini azaldır

Miçiqan Dövlət Universitetinin alimlərinin apardığı tədqiqatda məlum olub ki, pəncəni ovxalamaq xərçəng xəstələrinin yalnız ağrı və ürək bulanmasını deyil, eyni zamanda təngənəfəslik simptomlarını yüngülləşdirir.
Dağınıq skleroz əlamətləri

Dağınıq sklerozdan əziyyət çəkən insanlar cüt görmə, əzələ zəifliyi, hissiyyat pozğunluğu, koordinasiya kimi müxtəlif problemlərlə qarşılaşa bilərlər. Bu xəstələrə həssaslığı və sidik simptomlarını yüngülləşdirən ayaq refleks masajı tətbiq olunur.
Hamilə qadınlarda ödəm və şişkinliyi azaldır

Hamilə qadınlarda ayaqların və topuqların şişməsi kimi tanınan ödəm şiddətli ağrıya səbəb olur. Ümumiyyətlə, bu hal son illərdə hamilə qadınlar arasında olduqca geniş yayılıb. Həkimlər hamilə qadınlara hər gün 10-20 dəqiqə masaj etməyi tövsiyə edir.
Ayaq masajının hamilələrə digər faydaları

Ayaq masajı doğuş zamanı və doğuşdan sonra hamilə qadınların sağalma müddətinin tezləşdirilməsi baxımından faydalıdır. Tibbi araşdırmalar refleksoloji masajların qadının orqanizminin daha sürətli yaxşılaşmasına yardımçı olduğunu göstərib.
Yuxunu nizama salır

Möhkəm yuxuya hər kəsin ehtiyacı var. İsti duş buna nail olmaq üçün əlverişli yoldur. Eyni zamanda pəncə masajı da şirin yuxuya getməyə kömək edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar