Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu tərəvəz geniş yayılan 2 xərçəng növündən qoruyur

Tarix: 17-08-2018 10:32     Baxış: 3398 A- / A+
Bu tərəvəz geniş yayılan 2 xərçəng növündən qoruyur


Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar.

Manevr.az xəbər verir ki, adi ağ kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır.

“Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan genetik faktorları dəyişə bilmərik. Digər tərəfdən biz onların təsirini azalda bilərik. Bunun üçün isə düzgün pəhriz və qidalanma lazımdır”, – deyə alim Gitta Stokinger bildirib.

Son illər alimlər insan orqanizmində xərçəngə səbəb olan bir sıra mikroblar kəşf ediblər. Məsələn, “Heliobacter pylori” və “Streptococcus gallolyticus” mikrobları mədə və düz bağırsaq xərçənginin yaranmasına səbəb olan əsas mikroblardır.

Stokinger və həmkarları müəyyən ediblər ki, bu mikroblardan mədəni qorumaq mümkündür. Bunun üçün isə müxtəlif ərzaq məhsulları tədqiq edilib. Siçanlar üzərində aparılan təcrübə sübut edib ki, kələmin tərkibində olan bəzi maddələr artıq mövcud bədxassəli şişin inkişafını ləngidib, siçanları düz bağırsaq xərçəngindən qoruyub. /a24.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar