Xəbər lenti
Stress yaddaşı yaxşılaşdırır?
Cəmiyyətdə stresə psixika və fiziologiyaya ziyanlı bir amil kimi yanaşılır: stress depressiyaya səbəb olur,piylənməyə səbəb olur və s. Lakin Berklidə (ABŞ)Kaliforniya universitetinin tədqiqatçılarının rəyinə görə stress fayda gətirə bilər, sadəcə hər şey onun hansı dozada olmasından asılıdır.
Stress ümumiyyətlə qoruyucu və adaptiv reaksiyadır: əgər heyvan xoşagəlməz situasiyaya düşərsə, stress hormonları orqanizmin rezervlərini bir yerə toplayır ki, bu hallarla mübarizə apara bilsin.Bundan başqa, heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, stress zamanı heyvan baş vermiş hərəkət sxemini yadda saxlayır, və əgər həmin hal baş verərsə(məsələn, başqasının ərazisinə gedərkən əgər sahibilə qarşılaşarsa), onda stress bu halda güclü olmayacaq-çünki necə hərəkət etmək anlayışı artıq keçən dəfədən yadda qalmışdır. Aydın məsələdir ki, əgər individuum stresin hərəkət sxemini yadda saxlaya bilirsə, demək stress yaddaşa təsir göstərir. Məməlilərin əsas yaddaş mərkəzi- qippokampdır, və tədqiqatçılar yoxlamaq istəyirlər ki, stress beynin bu hissəsinin neyronlarına necə təsir göstərir. Məlum olmuşdur ki, stress nə az, nə çox yeni sinir hüceyrələrinin yaranmasını stimullaşdırır. Stressdən sonra heyvanlar aparılan yaddaş testlərində daha yaxşı nəticələr göstərmişlər. Tədqiqatçılar bunun məhz yeni yaranan hüceyrələrin hesabına olmasını qeyd edirlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar