Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Az yatmağın yeni təhlükəsi açıqlandı

Tarix: 15-08-2018 20:53     Baxış: 3392 A- / A+
Az yatmağın yeni təhlükəsi açıqlandı


Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar.

Manevr.az bildirir ki, bu barədə "MedicalXpress" yazıb.

Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər.

Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki, pis istirahət edənlərdə potensial təhdidlərə cavab verən neyron zənciri işə düşüb. Beyinin sosial qarşılıqlı münasibətləri təmin edən digər hissəsi isə əskinə, daha az aktiv olub.

Tədqiqatın ikinci hissəsində mindən çox başqa insan təcrübənin videogörüntülərini izləyiblər. Bu zaman onlar iştirakçıların yuxusuz olduqlarını bilməyiblər. Onların fikrincə, sınaqdan keçənlər ətraf mühitlə əlaqə saxlamaqdan qaçan tənha insanlardır./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar