Xəbər lenti
Bu tip insanları ağcaqanadlar daha çox dişləyir – Alimlər AÇIQLADI

Təqribən hər 10 nəfərdən 2-si ağcaqanadlar tərəfindən daha çox dişlənilir. Hələlik ağcaqanları necə özümüzdən uzaq edərik sualına kəsərli cavab tapılmasa da, alimlər hansı faktorların ağcaqanadları cəlb etdiyini müəyyən edə bilib.
Manevr.az həmin amilləri sizlərə təqdim edir.
Qan qrupu
Ağcaqandlar qanla qidalanır. Alimlər müəyyən ediblər ki, bəzi qan qrupları ağcaqanadların daha çox iştahlarını açır. Onlar belə qərara gəliblər ki, 0 qan qrupları A və B qan qruplarına nisbətən iki qat daha çox ağcaqanad hücumuna məruz qalırlar.
Nəfəs almaq tərzləri
Bəzi insanlar nəfəs alarkən daha dərindən əfəs alır və nəticədə daha çox karbon dioksid qazını havaya buraxır. Karbon dioksid isə ağcaqanadları ən çox cəlb edən amillərdən biridir. Bu həşəratlar karbon qazını 50 metrdən hiss edə bilirlər.
Hərəkət və metobolizm
Mütəxəsislərin fikirincə İnsan tərlədikdə tərlə birlikdə ifraz olunan lastik asid, urik acid, ammonia və digər turşular ağcaqanadları daha çox cəlb edir. Bundan başqa insanda gedən maddələr mübadiləsi bu asidlərin miqdarını təyin edən faktorlardan biridir.
Dəridəki bakteriyalar
2011-ci ildə aparılmış bir araşdırmaya görə insanların dərisində görülən bəz bakteriyalar ağcaqanadları daha çox cəlb edir.
Pivə
Bəzi tədqiqatların nəticələrinə görə pivə içkisi ağcaqanadları cəlb edir. Buna səbəb insan bu içkini içdikdən sonra bədəndə ethanol turşusunun və bədən temperaturunun artmasıdır./mincal.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar