Xəbər lenti
Bu yazı sadəcə kişilər üçündür - Faydalı məsləhət
Aparılan araşdırmalar göstərir ki, saqqal təkcə xarici görünüş üçün deyil, eyni zamanda onun bir sıra faydaları da var.
Manevr.az qaynar.info-ya istinadən saqqalın faydaları və bilinməyən tərəfləri haqda məlumatı sizlərə təqdim edir:
Renessans dövründən bu yana saqqal saxlamaq ənənəsinin 16-cı əsrdən sonra daha da geniş yayılmasını görmək mümkündür. Bu gün də kişilərin əksəriyyəti saqqal saxlayır. Fərqli zamanlarda buna müxtəlif mənalar yüklənilib. Məsələn, orta əsrlərdə üzün təmiz saxlanılması (saqqalın qırxılması) aristokratlığın göstəricisi hesab edilsə də, bəzi dövrlərdə isə saqqal saxlamaq müdrikliyin simvolu olaraq qəbul edilib.
Alimlərin araşdırmasına görə saqqal üzü yaraşıqlı göstərməklə yanaşı bir sıra xəstəliklərin və virusların dəriyə düşməsinin də qarşısını alır.
Bakterial infeksiyaların dəriyə düşməsinin qarşısını alır
Normal təraşlı kişilərin əksəriyyəti dəri qaşınması problemi ilə qarşılaşır. Araşdırmalar göstərir ki, həmin kişilər infeksiyaya yoluxma riskinə qarşı daha müdafiəsizdirlər. Əgər saqqal saxlasanız, dərinizdə baş verə biləcək hər hansı folikülit və bakterial infeksiyalar haqda narahatlığınız olmayacaq.
Dərini hamar saxlayır
Təraşdan sonra yaranan qızartılar, ləkələr və üz dərisindəki kəsiklər kişilərin ən sıx yaşadığı problemdir. Əgər hamar bir dəriyə sahib olmaq istəyirsizsə, saqqalınızı tez-tez qırxmamağınız tövsiyyə olunur.
Astma və allergiya xəstəliklərinə yoluxma riskini azaldır
Saqqal üz dərisini tozdan qoruyur. Bu baxımdan saqqal astma və allergiya riskini azaldır. Bu baxımdan xüsusilə bığ filtr funsiyasını yerinə yetirir.
Qış xəstəliklərindən qoruyur
Saqqal sizi soyuqdəymə və öskürək kimi qış xəstəliklərindən qoruyur. Belə ki, küləyin boyun nahiyəsinə daxil olmasının qarşısını alır və bədənin istiliyinin stabil qalmasını təmin edir.
Dəri xərçənginin qarşısını alır
Cənubi Queensland Universiteti alimlərinin apardığı tədqiqat göstərir ki, saqqal eyni zamanda zərərli şüaların dəriyə keçməsinin qarşısını 95 faiz alır. Bu baxımdan daha az işığa məruz qalan dəridə xərçəng riski də az olur.
Gənc saxlayır
Saqqal və yaşlılıq tam olaraq paradoksdur. Əslində saqqal saxlamaq təbii yaşlanma əlamətlərini gizlətmək üçün yaxşı vasitədir. Sakkalın kişini daha yetkin göstərməsi ilə bağlı ümumi fikir olsa da, saqqal eyni zamanda günəşin zərərli ultrabənövşəyi şüalarının qarşısını almaqla sizi cavan saxlayır.
P.S. Azərbaycanda yetkinlik yaşında olanların və gənclərin çoxu saqqal saxlamaq məsələsində valideynlərinin təzyiqləri ilə üzləşirlər. İnanırıq ki, valideynlər bu yazımızı oxuduqdan sonra övladlarının görünüşlərinə, saqqal və ya bığ saxlamalarına daha anlayışla yanaşacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar