Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

Tarix: 14-07-2018 21:48     Baxış: 2303 A- / A+
Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin yekunlarına görə dərc etdirdiyi bülletendə dünya əhalisinin ölümünə səbəb olan 10 əsas faktor göstərilib.

Birinci yerdə ürəyin işemik xəstəliyi, ikinci yerdə insult, üçüncü yerdə tənəffüs yollarının respirator infeksiyaları durur. Əsrin bəlası olan xərçəng 5-ci yerdədir. 6-cı yerdə getdikcə yayılan diabet. Siyahının sonuncu yerini yol qəzaları tutub. Hansı ki, hər il yüzminlələ insanın həyatına son qoyur.

Manevr.az media.az-a istinadən xəbər verir ki, həkim terapevt Bəyaz Əlyeva bu günkü gün Azərbaycan vətəndaşlarının ölümünə daha çox ürək-damar xəstəliklərinin səbəb olduğunu bildirib.

" Ölkədə ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklər səbəbindən baş verir: ürək infarktı, insult 50% insanların ölüm səbəbidir.
İkinci yerdə bizdə - onkoloji xəstəliklər durur, 11%.

Bu xəstəliklərin yayılmasının səbəbi insanların zərərli qidalanması, daha çox duz və şəkər qəbul etməsi, passiv, oturaq həyat tərzi keçirməsi ilə bağlıdır".
Həkim yaxın gələcək üçün proqnozların ürəkaçan olmadığını da bildirib.

ÜST-ın proqnozlarına görə, 2025-ci ildə 20 milyon insan onkoloji xəstəliyə yoluxacaq. Bu xəstələrin böyük qismi aşağı və orta gəlirli ölkələrin payına düşür. Ona görə bu proqnoz Azərbaycan üçün də kifayət qədər pessimistikdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar