Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəpəkdən qurtulmağın 5 TƏBİİ YOLU

Tarix: 18-06-2018 09:59     Baxış: 2438 A- / A+
Kəpəkdən qurtulmağın 5 TƏBİİ YOLU


Kəpək müasir dövrün sağlamlıq problemlərindən biridir. Bu problemlə qarşılaşmayan insan demək olar ki yoxdur. Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü? Manevr.az ailem.az-a istinadən kəpək problemi yaşayanlar üçün bu yazını oxumağı məsləhət görür.

İlk növbədə onu bildirək ki, kəpək dəri xəstəliyidir. Bəzi insanlarda mövsümi, bəzilərində müxtəlif səbəblərdən qaynaqlana bilər. Lakin həll edilə bilən problemdir. Kəpək başdakı ölü dərilərin tökülməsindən qaynaqlanır və saçların arasından görünməyə başlayır. Bu isə ən əsası xoş olmayan görünüş və diskamfort yaradır. Saçın çirkli, ya da təmiz olmasından asılı olmayaraq kəpək xaricdən çirkli görünüş yaradır. Bununla yanaşı sağlamlıq baxımından da ciddi bir problemdir.

Kəpəkli saçlarda meydana gələn problemlər:

* Tökülmə

* Qaşınma

* Dəridə qızartı

* Saçların nazikləşməsi

Bu problemlər qarşısında aptek və ya marketlərdə satılan kəpək şampunları gücsüz qala bilər. Belə vəziyyətdə isə həkim-dermatoloqa getməkdən başqa yol qalmır. Lakin evdə də hazırlaya biləcəyiniz bəzi qarışımlarla bu problemin öhdəsindən gələ bilərsiniz.

Sirkə

Saçları şampunlamazdan əvvəl 2 qaşıq sirkəni, əgər istəsəniz, spreyli şüşəyə tökərək saçlarınıza səpə bilərsiniz. Saçlarınıza masaj edərək sirkəni bütün dəriyə yayın və 10 dəqiqə saxladıqdan sonra durulayıb şampunlayın. Sirkədən istifadənin digər yolu da şampundan sonra 2 stəkan soyuq suya 1 fincan alma sirkəsi əlavə edərək durulamaqdır.

Aspirin

Saçlarınızın gurluğuna uyğun olaraq 2-3 aspirini əzib toz halına gətirin. İstifadə edəcəyiniz şampuna əlavə edin. Şampunladığınız saçı 3-4 dəqiqə bu cür saxlayın və durulayın.

Duz

Yumazdan əvvəl süfrə duzunu saçınıza töküb bir az masaj etsəniz, başınızdakı kəpəklər tökülər.

Ağız qarqarası

Ağız qarqarası bir çox problemlər kimi saçdakı kəpəyə də yaxşı təsir edir. Yuduğunuz saçlarınızı ağız qarqarasıyla bir dəfə yuyun, sonra duru su ilə yenidən durulayın.

Karbonat və ya qabartma tozu

Karbonat və ya qabartma tozu kəpək üçün ən məşhur həll yoludur. Əvvəl saçlarınızı isladın. Bir paket və ya bir ovuc qabartma tozunu saç dərinizə tökün və yaxşıca ovalayın, sonra durulayın. Bunu saçlarınızı yumazdan əvvəl həftədə 3 dəfə edə bilərsiniz. Lakin bu üsulu tətbiq etdikdə saçlarınızı yuyarkən şampunlamayın. Əvvəl saçlarınızda quruluq görəcəksiniz. Sonra isə saçlarınız təbii yağ istehsal edəcək və yumşaqlığı qayıdacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar