Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ

Tarix: 10-06-2018 18:05     Baxış: 3403 A- / A+
Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ


Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.

Manevr.az yeniavaz.az-a istinadən bildirir ki, diş həkimi Pertev Kökdemir bununla bağlı vətəndaşlara xəbərdarlıq edib: "Bu üsullarla dişlərin ağardılmasına çalışılması bir müddət sonra çox pis nəticə ilə yekunlaşır. Araşdırmalarımız və bizə müraciət edən pasiyentlərin problemləri göstərir ki, bu üsulla dişləri ağartmağa çalışdıqda bir müddət sonra çürüməyə başlayır".

Onun sözlərinə görə, internetdə və sosial şəbəkələrdə bəzi səhifə və saytlar oxunma sayı qazanmaq üçün belə xəbərlər yayımlayır və insanları çaşdırırlar: "Dişi sağlam olan, ancaq tam ağ olmayan insanlar var ki, onlar bu üsula əl atmaqla öz istəklərinə çatmaq istəyirlər. Amma bir müddət sonra onların dişləri çürüməyə başlayır, bu zaman onlar düşünülər ki, kaş belə etməyəydim, dişlərim sağlam qalaydı".

Pertev Kökdemir deyib ki, xüsusilə bu metodu tez-tez tətbiq edən insanların dişləri daha sürətlə saralır və çürüməyə başlayır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar