Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları - SİYAHI

Tarix: 28-05-2018 20:21     Baxış: 3376 A- / A+
Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları - SİYAHI


Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır.

Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər.

Manevr.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını sizə təqdim edir.

1. Spirtli içkilər

Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır.

2. Emal olunmuş ət

Sosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.

3. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq)

Hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü kanserogenlərdən biri sayılır.

4. Qaynar çay

Qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır.

5. Qaxsımış qoz-fındıq

Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar