Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İftarda bunları əsla etməyin!

Tarix: 24-05-2018 09:10     Baxış: 4506 A- / A+
İftarda bunları əsla etməyin!


Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib.

Ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb.

Çörəyi və xəmir yeməklərini çox isti yeməyin

Ekspertlərə görə, çörəyi isti yemək qida borusu və ağzı qıcıqlandırır, həmçinin mədə pozğunluğuna səbəb olur. Bağırsaq hərəkətlərini yavaşladır və nəticədə qəbizliyə səbəb olur. Odur ki, çörəyi mümkün qədər az və çox isti halda yeməməyə çalışın.

Sürətlə yeməyin, şorba və çayı qaynar içməyin

Orucu açanda bir çox şəxs aclığın təsiri ilə sürətlə yeməyə başlayır. Əgər siz də belə yeyirsinizsə, bu vərdişi tərgidin. Çünki çay və şorbaları qaynar içmək qida borusu və ağız içi xərçənginin yaranması ehtimalını artırır.

Orucu buz kimi suyla açmayın

Bütün gün ac qaldıqda axşama yaxın istər-istəməz boğazımız quruyur. Bu zaman ürəyimiz buz kimi su istəyə bilər. Lakin ekspertlər hesab edir ki, orucu buz kimi su ilə açmaq toxuma hüceyrələrində pozğunluq meydana gətirir və bədən müqavimətini zəiflədir.

Qəhvə və qara çayı azaldın

Yadda saxlayın ki, qəhvə və çay orqanizmin ehtiyacı olduğu suyu qarşılamır. Çay və qəhvə ürəkdə döyüntü riskini artırır və suyu əvəz etmir. Odur ki, imsakda və iftarda suya üstünlük verin.

İftarı iki mərhələyə bölün

Orucu açdıqdan sonra bədəni birdən çox yeməklə yükləməyin. Bunun əvəzinə iftarı iki mərhələyə bölün. Su və xurma ilə orucu açdıqdan sonra şorba kimi yüngül xörəklərə üstünlük verin. Bir müddət sonra əsas yeməklərə yönəlin.

İmsaka mütləq durun

Ramazan ayında imsakda durmaq çətin olsa da, oyanın və imsakda bərəkət olduğunu unutmayın. İmsakda dursanız, gün ərzində həm enerjili, həm də gümrah olacaqsınız.

Ac qarına məşq etməyin

Ac qarına idman etmək qanda şəkərin miqdarını aşağı salır. Bu səbəbdən məşq etmək üçün iftar sonrasını gözləməlisiniz. İftardan sonra templi yürüşə çıxa və ya məşq edə bilərsiniz./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar