Xəbər lenti
Bir sıra xəstəliklərin qarşısını almaq üçün MARAQLI ÜSUL - Sabun...
Xəstələndiyimiz zaman dərhal ya həkimə gedirik, ya da ev şəraitində türkəçarə üsullarla vəziyyətə nəzarət etməyə çalışırıq. Bəzi dərmanlar ucuz, bəziləri isə olduqca bahalı olduğu üçün onlardan davamlı istifadə etmək mümkün olmur. Bu dəfə sizə büdcənizə münasib olacaq maraqlı təbabət haqqında danışacağıq.
Manevr.az publika.az-a istinadən sabunun müalicəvi keyfiyyətləri haqqında maraqlı faktları təqdim edir:
Maraqlı bir üsulla xəstəliklərin qarşısını almağınız mümkündür. Paltarların, yataq üzlüklərinin altına sabun qoymaq bir çox xəstəliklərin yaranmasının qarşısını alır.
Statistikaya görə, hər 10 nəfərdən birində ayaq ağrıları müşahidə edilir. Ayaq ağrılarının şiddətindən gecələr yuxusuz qalan insanlar bu üsuldan istifadə etdikdən sonra rahatlıq tapdıqlarını deyirlər.
Ağrıların ilkin yaranma səbəbləri orqanizmdə dəmir çatışmazlığı kimi qiymətləndirir. Bu üsulla böyrək çatışmazlığı, şəkərli diabet, revmatizm və s. xəstəlikləri nisbətən sakitləşdirmək olar.
Bəs sabun necə kömək edir?
Qulağa qəribə gəlsə də, mütəxəssislər tərəfindən təsdiqlənən sabunla müalicə əzələ-sinir ağrılarına müsbət təsir edir.
Həkimlər sabunun müalicəvi xüsusiyyətini onun tərkibində olan maqnezium maddəsi ilə əlaqələndirirlər.
Maqnezium sümük ağrılarını sakitləşdirir və yuxusuzluq problemini aradan qaldırır. Bunun üçün paltarlarınızın, eləcə də yataq örtüyünün altına təbii sabunlardan bir ədəd qoymağınız kifayət edir.
Mütəxəssislər bu üsulun illərdir minlərlə adam tərəfindən istifadə edildiyini iddia edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar