Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng xəstəliyi ilə bağlı insanların bilməsi vacib olan FAKTLAR

Tarix: 06-05-2018 21:18     Baxış: 3420 A- / A+
Xərçəng xəstəliyi ilə bağlı insanların bilməsi vacib olan FAKTLAR


Amerika Onkologiya Cəmiyyətinin məlumatlarına görə, hər gün ortalama 1500 insan xərçəng xəstəliyindən dünyasını dəyişir.
Ölümcül bir xəstəlik olan xərçəng haqqında bilməniz lazım olan məlumatları sizlərə təqdim edəcəyik.
Araşdırmalara görə, xərçəng xəstəliyinə yoluxmada ilkin ehtimallar fiziki məşqlərin edilməməsi, radiasiyaya məruz qalma, piylənmə, siqaret və çirkli havadır. Daha çox qadınlarda rast gəlinən döş xərçənginə kişilərdə də rast gəlmək mümkündür. Döş xərçənginə yoluxan qadınların əksəriyyəti siqaret çəkənlərdir.

Manevr.az bildirir ki, cild xərçəngi də bu xəstəliyin ən yayğın növlərindəndir. Tarixdə tək bir səbəbdən qaynaqlanan ən böyük xərçəng xəstəliyi faciəsinə "Çernobıl" hadisəsi zamanı rast gəlinib.

Hər bir insanın vücudunda gün ərzində 200-1000 rası xərçəng hüceyrələri yaranır. Lakin sağlam insan vücudundakı immun sistemi bu hüceyrələri məhv edir. Xərçəng hüceyrələri milyon və milyarda çatmadan ortaya çıxmır. Əgər insanın immunitet sistemi düzgün işləmirsə o zaman bu xəstəliyin ortaya çıxma riski çoxdur.

Dünya Sağlamlıq Təşkilatının araşdırmalarına görə, düzgün qidalanmamaq da 70 faiz bu xəstəliyin yaranmasına səbəb olur.

Qədərindən artıq istifadə edilən süd, kofe, çay, turşu və şəkər xərçəng xəstəliyinin meydana gəlməsinə səbəb olan qidalardır. Xərçəng xəstəliyinin müalicəsi zamanı xəstələrə tətbiq edilən radio şüa bədəndəki zərərli hüceyrələrlə yanaşı, sağlam hüceyrələri də məhv edir.

Bu səbəbdən də bu xəstəliyin müalicəsi zamanı ürək, ağciyər, qaraciyər və böyrək kimi önəmli orqanlar zərər görə bilir. Xərçəng xəstəliyinə yalnız insanlarda deyil, heyvanlarda da rast gəlinir. Çirkli hava ağciyər ilə yanaşı, sidik kisəsi xərçəngini də yarada bilir.

İtaliyada təlim keçən itlər iyləyərək xərçəng xəstəliyini aşkar edə bilirlər. İdrar nümunələrini qoxlayan itlər prostat xərçəngini tapırlar. Təcrübəli itlər bu xüsusda 98 faiz bacarıq nümayiş etdiriblər.

Bir ədəd siqaretin tərkibində 4800 zəhərli maddə var. Bunlardan 70-i xərçəng xəstəliyinə yol açan kanserogen maddələrdir.

Kasıb ölkələrdə xərçəng xəstəliyi riski daha çoxdur. Xərçəng xəstəliyi yüzdə 5-10 faiz irsi ola bilir. Qadın və ya kişi fərq etməz, evli olan insanların bu xəstəliyə yoluxma riski daha azdır.

Lakin yuxarıda sadaladığımız qidalanma, zəhərli maddələr və s. bu kimi amillər də önəm daşıyır. Təmiz və güclü oksigen zərərli hüceyrələri məhv etməyə qadirdir.

Mütəxəssislər insanlara dağlıq, havası təmiz olan ərazilərdə olarkən dərindən və çox nəfəs almalarını məsləhət görürlər. Bu günə kimi dünyada 28 milyon insan bu xəstəliyə qalib gəlməyi bacarıb./musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar