Xəbər lenti
Alimlərdən ŞOK ARAŞDIRMA - Oxuduqdan sonra mütləq çay içəcəksiz
Çay insanın zehnini aydınladaraq diqqətini toplamasına kömək etdiyi üçün alimlər çay içən insanların yaradıcı olduğunu deyir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, yeni elmi tədqiqatlara əsasən, çayın tərkibində olan teanin və kafein maddələri insanların sinir sistmeni oyaq saxlaması ilə bərabər, onların diqqətini də artırır. Tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyətinə təsir göstərmək gücünə malikdir.
Çinin Pekin Universitetindən olan bir qrup psixoloq aparılan tədqiqatları analzi edərək şərh verib. Onlar orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə maraqlı eksperiment aparıblar. Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.
Testin birinci mərhələsində tələbələrə kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmaq tapşırılıb. İkinci mərhələdə isə onlardan fantastik əriştə restoranına ad qoymaq tələb edilib.
Nəticələr isə eksperimentdə iştirak etməyən neytral tələbələr tərəfindən qiymətləndirilib. Orta hesabla testdən əvvəl çay içən tələbələrin yaradıclıq gücü reytinq cədbvəli üzrə 6,54 bal, su içənlərin isə 6,03 bal olaraq qeydə alınıb.
Restorana ad qoymaq tapşırığına görə isə çay içənlər 4,11, su içənlər isə 3,78 bal toplayıb.
Beləliklə nəticə olaraq çayın insan yaradıcılığına müsbət təsir etdiyi üzə çıxıb. Amma alimlər onu da əlavə edib ki, içilən çayın miqdarı az olduğu üçün nəticələrdə cüzi rəqəmlər rol oynayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar