Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

UNİKAL YAPIŞQAN: Sümük sınıqlarını 5 dəqiqəyə birləşdirəcək

Tarix: 28-04-2018 22:45     Baxış: 3518 A- / A+
UNİKAL YAPIŞQAN: Sümük sınıqlarını 5 dəqiqəyə birləşdirəcək

Sınıqların müalicəsi 12 həftəyədək davam edə bilər. Əgər aşağı ətraflar xəsarət alıbsa, insan uzun müddət uzanıqlı vəziyyətdə qalmağa, yaxud qoltuqağacından istifadə etməyə məcbur olur. “The Daily Mail” yazır ki, İsveç alimləri sınığı cəmi 5 dəqiqəyə birləşdirən unikal yapışqan hazırlayıblar.

Manevr.az xəbər verir ki, uzun illərdir stomatoloqlar sınmış dişlərin yapışdırılmasını təcrübədən keçirirlər. Lakin mövcud olan yapışqanlar sümükləri birləşdirmək üçün yararlı olmayıb. Onlar gah çox gec donub, gah da immun sistemi tərəfindən qəbul edilməyib. Yeni yapışqan növü əvvəl istifadə olunandan 55 faiz effektlidir.

Yapışqan sümüyə bir neçə qat sürtülür və hətta nəm səthi də tez bir zamanda birləşdirə bilir. Siçovullar üzərində aparılmış bir neçə eksperiment yapışqanın effektiv və təhlükəsiz olduğunu təsdiq edib. Tədqiqatın müəllifləri ən yaxın zamanda insanların iştirakı ilə sınaqlara başlayacaqlarına ümid edirlər. (Azərbaycan)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar