Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Allergiyanı yaradan əsas SƏBƏBİ BU İMİŞ

Tarix: 19-04-2018 11:20     Baxış: 3339 A- / A+
Allergiyanı yaradan əsas SƏBƏBİ BU İMİŞ


Son zamanlar insanlar arasında allergiya halları kəskin şəkildə artıb. Xüsusilə də yeni doğulan körpələrin əksəriyyətində allergiya olur. Bəs bunun səbəbləri nələrdir?

Manevr.az allergiyanı yaradan səbəblərlə bağlı pediatr Aytən İsmayılzadənin məqaləsini təqdim edir:

Selikli qişaların zədələnmə sindromu - mukozal zədələnmə sindromu – Bu, nə deməkdir? Bunun allergiya ilə nə əlaqəsi var?

Selikli qişalar ümumilikdə bir orqandır. Dəri kimi. Dəri bir orqandır və bizi xaricdən əhatə edir. Ətrafda baş verənlər də dəriyə təsir edir, daxilimizdə baş verənlər də dəridə özünü büruzə verir. Dərini görə bildiyimiz üçün ona görə narahat oluruq. Selikli qişalar isə bizi daxili tərəfdən qoruyur və çox az qismi gözə görünür. Məsələn, ağızın selikli qişasında yara görüncə narahat oluruq. Çünki yemək yeyə bilmirik, ağrılı olur, onu müalicə etməyə çalışırıq və tez-tez baş verdiyində səbəbini araşdırırıq - səbəb kimi çox zaman "immunitetiniz zəifdir " deyilir. Düzdür, immunitet də zəifləmiş olur bu halda, amma bağırsaq selikli qişasının tamlığının pozulması hesabına. Ağızdan selikli qişa isə düz bağırsağa kimi uzanır. Sidik sisteminin də selikli qişası var, tənəffüs sisteminin də selikli qişası var. Hər bir yerin selikli qişası fərqli quruluşa və funksiyaya malik olmasına baxmayaraq, hamısının mənşəyi birdir. Ata-anadan bir, doğma bacı-qardaş kimidirlər. Birində zədələnmə olarsa, digərlərinə də məlumat çatır (iltihab mediatorları ilə) və sanki yardıma çatmaq istəyirmiş kimi, onlar da bir SOS siqnalı verir. Bu SOS siqnalı oxşar zədələnmə ilə özünü büruzə verir. Dərimizdə bir zədələnmə, iltihab, ləkə, dəyişiklik görən kimi tədbir görürük və bunun qarşısını ala bilirik. Selikli qişalarda isə dediyim kimi, dəyişikliyi görüncə artıq iri əlamətlər ortaya çıxır. Məsələn, mədədə ağrı, nəcisdə selik, qan, burunda qaşınma, bronxlarda qıcıqlanma, bəlğəm.

Dəri həkimləri var, onlara dermatoloq deyilir. Selikli qişa xəstəlikləri isə ayrı-ayrı ixtisaslar üzrə paylanılıb. Məsələn, ginekoloq uşaqlıq yolu, uşaqlıq boynu və s. selikli qişasının tamlığını qorumağa çalışır, pulmonoloq tənəffüs yollarının, stomatoloq ağzın, qastroenteroloq mədə-bağırsağın selikli qişasını müalicə edir. Pediatr isə uşaqlarda bütün selikli qişalara ümumi yanaşmalı və həmin bu uşaq gələcəkdə müəyyən ixtisas həkiminə dərinləşmiş selikli qişa problemi ilə getməsin deyə tədbir öncədən uşaq ikən görülməlidir. Bu tədbir nədən ibarətdir?

Selikli qişaların zədələnmə sindromunun aşkar edilməsi və müalicəsi:


Əlamətləri nədir:

- allergiya
- qəbizlik
- ishal
- nəcisdə seliyin olması
- tez-tez sistit olma halları
- burun quruması, qaşınması
- boğazda qaşınma, allergik öskürək
- vaginal axıntının çox olması
- ağızda yaralar

Məsələn, hovuzda üzən qız uşağının vaginal axıntısının artmasına səbəb orada soyuqlaması deyil, burun selikli qişasının xlorlu su ilə təmasdan qıcıqlanması ola bilər.
Bütün bunlar bir vaxtda da olur və ayrı-ayrı həkimlərə müraciət etmək lazım deyil. Selikli qişaların bərpasına yönəlik müalicə bütün əlamətlərin aradan qalxmasına kömək edir.
Allergiya dediyimiz selikli qişaların zədələndiyini xəbər vermə formasıdır. Allergiyaya meyllik irsi keçir, yəni bu insanın selikli qişalarında, əsasən də bağırsaq selikli qişasında zədələnmə olarsa, keçiriciliyi artarsa, sıx təmas sistemi pozularsa, o, orqanizmə daxil olan yad, toksiki agentlərə qarşı sakit dayanmayacaq, hər cür selikli qişa zədələnməsi əlaməti ilə cavab verəcək: burun axacaq, göz sulanacaq, boğazı qıcıqlanacaq, öskürək tutacaq, həzm pozulacaq, köp və s. narahat edəcək.

Bir qaşınmanı söndürmək, yaxud qıcıqlanmanı sakitləşdirmək üçün uzun müddət dərmanlar qəbul etmək allergiyanı müalicə etmək deyil. Allergiyanın müalicəsinin əsasında selikli qişaların tamlığının bərpası durmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar