Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Boyun uzanmasına təsir göstərən amillər

Tarix: 13-04-2018 08:46     Baxış: 3395 A- / A+
Boyun uzanmasına təsir göstərən amillər


Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uzunboylu olmaq kimlər üçün yaşamağa mane olan problem, kimlər üçünsə xəyaldır. Təbii ki, boyun nə qədər olması heç kəsin öz əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzənsə həyatın bəxşişidir.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, boyun uzanmasına müsbət təsir edən bir neçə amil var. Onlardan biri düzgün qidalanma və genetik faktorlardır. Xroniki xəstəliklər və böyümədə iştirak edən hormonlar də ona təsir göstərir. Boyun uzanması üçün uşaq yaşlarından düzgün qidalanmaya diqqət yetirilməlidir. Qidalanma zamanı lazımi qədər ət, süd, meyvə-tərəvəzlər yeməklə proteinlər qəbul etmək məsləhətdir.

Genetik olaraq qısaboyluluq zamanı qidalanma kömək etmir, lakin valideynlərin boyunun uca olmaması mütləq uşağın qısaboylu olmasına dəlalət etmir. Çünki valideynin boy inkişafı zamanı hansısa təsirə və əlavə faktorlara məruz qalması mümkündür.

Boy artımına təsir edən amillərdən biri də yaşa uyğun idmanla məşğul olmaqdır. İnkişaf dövründə üzgüçülük, gimnastika, basketbol, velosiped idmanı ilə məşğul olmaq boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu, heç də o demək deyil ki, genetik boyu qısa olanlar idman məşğələləri nəticəsində standart ölçülərə nail ola bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar