Xəbər lenti
Şiddətli baş ağrılarından qurtulmağın ƏN TƏBİİ YOLLARI - MÖCÜZƏVİ 5 ÜSUL
Miqren ağrısından əziyyət çəkən insanların sayı nəzərəçarpacaq qədər artmaqdadır. Bu ağrı bəzən saatlarla, bəzənsə günlərlə davam edə bilir. İnsanların çoxu ağrı hiss edər-etməz ağrıkəsici dərmanlardan istifadə etməyə üstünlük verir. Ancaq araşdırmalara görə, davamlı şəkildə dərmandan istifadə etmək daha çox baş ağrısına səbəb olur. Vücudu dərmana alışdırmaq zamanla həmin dərmanların təsirini də azaldır. Çünki belə dərmanlar asılılıq yaradır.
Manevr.az xəbər verir ki, hər xəstəlik kimi miqren ağrısının da, ən yaxşı həll yolu təbii vasitələrdir. Həmin vasitələrdən bir neçəsini təqdim edirik:
1. Çobanyastığı bitkisi
Əsrlər boyu təbii dərman vasitəsi kimi istifadə edilən bu bitkinin dəmlənərək qəbul edilməsi miqren ağrılarına son qoymaqda mükəmməl vasitədir. Gündəlik istifadə miqdarı 250 qramdır. İstər dəmlənmiş şəkildə, istərsə də yarpaqlarını yeyərək istifadə edə bilrəsiniz. Bu bitkinin tərkibində olan “partenolid” adlı maddə beynin qan damarlarının genişlənməsini təmin edir.
2. Petasit
Bu bitkiyə “Vəba otu” da deyilir. Bitkinin tərkibində olan “izopetasin” və “petasin” spazmın düşmənidir. Petasiti həb şəklində istifadə etmək daha məsləhətlidir. Ancaq kökünü və ya tozunu da istifadə etmək olar. Bu bitkinin gündəlik istifadə miqdarı 50-100 qramdır.
3. Reyhan yağı
Stressi azaltmağa kömək edən bu yağ baş ağrısı, miqren və allergiyaya da dərmandır. Ovucunuza bir neçə damcı töküb qoxlamaq və ya burun nahiyəsinə sürtməklə istifadə edə bilərsiniz. Bundan başqa, bir neçə damcı gicgahlara sürtərək masaj edib ağrını azalda bilərsiniz.
4. Zəncəfil
Təxminən, iki əsrdir, yeməklərdə ədviyyat kimi istifadə edilən bu bitki, eyni zamanda, ürəkbulanma, ishal hallarının da dərmanıdır.
5. Banan və buz kompresi
Miqren ağrsının azalması üçün alın bölgəsinə kompres üsulu hər kəs tərəfindən bilinən bir üsuldur. Ancaq bu üsulu banan qabığı ilə həyata keçirmək daha əlverişlidir. Gündə 2-4 dəfə alnınıza və boynunuza 15-20 dəqiqə ərzində banan qabığında buz qoymaqla şiddətli ağrıdan qurtula bilərsiniz./publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar