Xəbər lenti
Əl-ələ tutmaq ağrını azaldır – Yeni araşdırma
Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər. Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub. Manevr.az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.
Sevdiyimiz şəxsin əlini tutmaq, dəriyə basılan isti bir dəmirin ağrını uyuşduracağı kimi bir təsir göstərir. Elm adamları bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir. Cütlüklərin bir-birlərinə duyduqları bu hissin toxunaraq qarşı tərəfə hiss etdirə bildiklərini və beyin dalğalarının eyni frekansda "rəqs etməyə başladığını" söyləyir.
Əl-ələ tutmaq ağrını necə azaldır?
Bu tapıntının ilham qaynağı həkim Pavel Goldsteinin qızıdır. 4 il əvvəl həyat yoldaşını qızını dünyaya gətirən zaman rastlaşdığı hadisə onu bu araşdırmanı aparmağa sövq edib: “Yoldaşımı rahatlatmaq üçün nə edə biləcəyimi düşünürdüm. Uzanıb əlini tutdum və işə yaramış kimi göründü. Daha sonra bunu laboratoriya şəraitində test etmək istədim".
Beləliklə, Goldstein beyinlərin cütləşməsinin ağrı üzərində təsirinə dair ilk araşdırmanı həyata keçirir. Araşdırma "şəxslərarası sinxronizasiya" işlərinin bir hissəsi olaraq aparıldı və nəticələri ABŞ Beynəlxalq Elmlər Akademiyasının “PNAS” adlı mətbu orqanında yayımlanıb. Goldstein bildirir ki, ağrı cütlüklər arasındakı sinxronu pozur, amma toxunmaq bunu geri gətirir.
Ağrını yüzdə 34 faiz daha az hiss etdilər
Daha sonra həkim 23-32 yaşlı 22 cütlük arasında araşdırma aparıb. Partnyorları əllərini tutarkən, ya da fiziki təmas olmadan yanlarında oturarkən qadınların qollarına isti bir dəmir parçası toxundurulur. Partnyorunun əlini tutan qadınlar ağrını təxminən yüzdə 34 faiz daha az hiss edib. Araşdırma qrupunun qənaətinə görə, ağrının azalmasının böyük
səviyyədə duyğusal yaxınlıqla əlaqəli olduğu düşünülür: “Partnyorun özünü onun yerinə qoyma hissi nə qədər güclüdürsə, əl-ələ tutmağın ağrıkəsici təsiri də o qədər güclü olur”.
Onu da qeyd edək ki, araşdırmanın aparılma üsuluna əsasən əl-ələ tutmağın ağrını necə azaltdığını və beynin hansı nöqtələrinin aktiv olduğunu söyləmək mümkün deyil./ailem.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar