Xəbər lenti
Hansı çörək faydalıdır: ağ, yoxsa qara?
Uzun illər belə hesab olunurdu ki, qara çörək ağ çörəkdən qat-qat faydalıdır. Lakin son araşdırmalar sübut edir ki, bu belə deyil.
Manevr.az xəbər verir ki, ABŞ alimləri son araşdırma zamanı sübut ediblər ki, qara çörək ağ çörəkdən heç də faydalı deyil. Ümumiyyətlə, "hansı çörək faydalıdır" kimi sual vermək düzgün sayılmır.
Hər bir insanın bağırsaq mikroflorası fərqli olduğundan ona uyğun olan çörək də fərqli ola bilər. Bəzi insanların orqanizmi ağ çörəyi, digərlərin qara çörəyi daha asan mənimsəyir. Elə insanlar var ki, onlar nə qara, nə da ağ çörəyi yeyə bilir və hər bir halda köp və narahatçılıq hiss edir.
Bu səbəbdən insan özünə uyğun çörək növünü özü seçməlidir.
Yeri gəlmişkən, belə hesab olunur ki, qara çörəkdə kalori daha azdır və arıqlamaq istəyən insan ağ çörəkdən imtina edib yalnız qara çörək yeməlidir. Bu da səhv fikirdir. Ağ və qara çörəyin kalori miqdarı çox fərqlənmir./saglamolun.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar