Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kardioloji xəstəliklərin ƏSAS SƏBƏBİ - Buna fikir verin!

Tarix: 27-03-2018 08:48     Baxış: 3606 A- / A+
Kardioloji xəstəliklərin ƏSAS SƏBƏBİ - Buna fikir verin!


Macarıstan qan dövranı xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayına görə Avropa ölkələri arasında üçüncü yeri tutur. İstər kişilər, istərsə də qadınlar arasında xəstəliklərin çoxu yüksək qan təzyiqi ilə bağlıdır.

Manevr.az
xəbər verir ki, bunu “Generali” sığorta şirkətinin apardığı araşdırma göstərib.

Macarıstanda ölüm hallarının 30 faizinin səbəbi miokard infarktıdır, hərçənd macarlar üçün digər statistik məlumatlar da xoşagəlməzdir. Macarlar ürək-damar sistemi ilə bağlı xəstəliklərə görə xəstəxanada orta hesabla daha çox yatırlar ( 11 gün) və bu da, məsələn, Danimarkada olduğundan iki dəfə (5,5 gün) çoxdur.

Bundan əlavə, Avropada yüksək qan təzyiqi əleyhinə dərmanlar yazılmış reseptlər ən çox Macarıstanda verilir. Macar kişilərin üçdəbir, qadınların isə dörddə üç hissəsindən çoxu arterial təzyiqlə bağlı problemlərdən əziyyət çəkir.

Sığorta şirkətində bildiriblər ki, pis qidalanma və xolesterinin səviyyəsinin yüksək olması arterial təzyiqi yaradan əsas amillərdən biridir. Siqaretçəkmə, qəhvə və alkoqol ürək-damar sisteminə ziyan vurur. Yalnız cüzi miqdarda şərab yaxşı təsir göstərir.

“Egészségközpont” sağlamlıq kompleksinin həkimi Ercebet Bankuti deyib: “Hər gün 30 dəqiqə yerimə və asta qaçış insanın sağlamlıq durumunu xeyli yaxşılaşdırır”.

“Generali” şirkəti profilaktikaya xüsusi diqqət yetirməyi, müntəzəm müayinə olunmağı tövsiyə edir, çünki erkən mərhələdə üzə çıxarılan xəstəliklərin sağalması şansı çox yüksəkdir. (Azərtac)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar