Xəbər lenti
Pivə kişilərdə qadın hormonlarını artırır - FOTO
Alkoqollu içkilərdən, xüsusilə də pivədən uzaq durun!
Muscle Boost Baku xəbər verir ki, ideal bədən ölçüsü, sağlam həyat tərzi, yüksək cinsi fəaliyyət istəyirsinizsə, alkoqollu içkilərdən, xüsusilə də pivədən uzaq durun. Çünki spirtli içki qəbul edilən zaman qaraciyərdən ifraz olunan maddə kişilər üçün ən vacib olan testosteron hormonunu azaldır. Pivə isə testosteronu qadın hormonları ilə əvəzləyir. Bu səbəbdən də pivə içən kişilərin qarnı hamilə qadınların qarnına bənzəyir.
Əgər mütləq ki içki içmək istəyirsəniz, onda qırmızı çaxıra üstünlük verin. O da ki çox az miqdarda... Qeyd edək ki, testosteron azalması zamanı cinsi istək, əzələ kütləsi azalır, əsəbilik və yorğunluq yaranır, sümüklər əriyir, depressiyaya səbəb olur.
Testosteron isə cinsi istəklə düz mütənasibdir. Belə ki, testosteron nə qədər çox olarsa, cinsi istək də o qədər çox olar.
Qeyd edək ki, kişilərin qadınlardan, keçəl kişilərin də saçlı kişilərdən az yaşamasının da bir səbəbi kimi testosteron hormonlarını göstərirlər.
Orta yaşlı qadının bədənindəki testosteron miqdarı 7 yaşlı oğlanın bədənindəki testosteronun miqdarından dəfələrlə azdır. Bu səbəbdən də qadınlar nə qədər idman etsələr də, əzələləri kobud forma almır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar