Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ana və övladının ölüm səbəbi araşdırılır - RƏSMİ

Tarix: 14-03-2018 12:10     Baxış: 4392 A- / A+
Ana və övladının ölüm səbəbi araşdırılır - RƏSMİ

1997-ci il təvəllüdlü Aytən Dadaşova Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılanda doğuşun ikinci mərhələsində olub. Onun bətnindəki uşaq isə ölü olub.

Manevr.az
xəbər verir ki, bu barədə publika.az-a Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib.

S.Məmmədova bildirib ki, döl ölü olsa da, qadın təbii yolla onu dünyaya gətirib: “Ölü döl götürüləndən sonra qadının vəziyyəti normal olub. Doğuşdan sonrakı 1-2 saatlıq fəsadlaşma dövründə onun səhhətində hər hansı dəyişiklik olmayıb. Doğuşdan 10 saat sonra qadının vəziyyəti qəfildən pisləşib. Həkimlər bütün reanimasion tədbirləri görüb, xəstə tənəffüs aparatına qoşulub, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda qadının meyiti təşrih olunur. Onun ciyərindən, qanından nümunələr götürülüb ekspertiza aparılacaq. 7-10 gün ərzində tibbi-ekspertizanın rəyi əsasında qadının ölüm səbəbi bəlli olacaq.

Uşağın ana bətnində nə qədər müddətdir öldüyü də tibbi ekspertiza tərəfindən araşdırılacaq. Lakin döl uzun müddətdir ana bətnində ölü halda qalmış olsa belə, ana ölümünə səbəb olması bəlli deyil. Təcrübəmizdə əkiz hamiləliklərdə dölün biri ana bətnində ölsə belə onun ana bətnində saxlanılması halları da olub. Adətən, xalq arasında bu zaman ananın zəhərləndiyini desələr də, belə deyil. Sadəcə, ölü dölün ifraz etdiyi toksinlər ananın qanının parçalanmasını pozur, laxtalanmaya və ya qanaxmaya səbəb ola bilir”.

Ana ölümündə həkimlərin səhlənkarlığı məsələsinə gəldikdə, baş mama-ginekoloq bu barədə yalnız istintaq araşdırmasından sonra qərar verməyin mümkün olduğunu deyib: “Bir ay müddətində bu barədə araşdırma aparılacaq. Yalnız məhkəmə qərarından sonra ana ölümündə həkim səhlənkarlığı, tibbi müdaxilə üçün gecikmənin olub-olmaması barədə fikir söyləmək mümkündür. Bildiyiniz kimi həmin qadın Sumqayıtda yaşayıb. Artıq onun hamiləlik müddətində keçdiyi bütün müayinələrlə bağlı məlumatlar toplanır. 24 saat ərzində bu məlumatlar Doğuşayardım Komissiyasına təqdim ediləcək. Komissiyada ana ölümündə həkim səhvinin olub-olmadığını araşdıracaq”.

Qeyd edək ki, Sumqayıtda yaşayan Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onun bətnindəki dölün ölü olduğu məlum olub. Doğuşdan bir müddət sonra isə qadının halı pisləşib və dünyasını dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar