Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq - Nazirlik

Tarix: 13-03-2018 18:30     Baxış: 3402 A- / A+
Təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq


Yaxın günlərdə respublika üzrə 12 regional məntəqənin təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.
Onun sözlərinə görə, bu kameraların köməyi ilə kütləvi və hansısa ağır yol qəzası zamanı yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək.

M.Cəlallov bildirib ki, keçən il ərzində telesəhiyyə vasitəsilə 22 ixtisas üzrə 320 pasiyentə məsafədən 369 məsləhət verilib. Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib və 79 pasiyent Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb.

Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19 %-i), neyrocərrahiyyə (14 %) və nevrologiya ixtisası üzrə mütəxəssislər tərəfindən aparılıb. Telesəhiyyə vasitəsilə ən çox Zaqatalada çağırış olub. (30 faiz). Qubada 27, Bərdədə 23, Gəncə, Masallı, Lənkəranda isə 17 % xəstəyə məsləhət verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar