Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bir neçə dərman istifadədən çıxarılıb - SƏBƏB

Tarix: 20-02-2018 12:43     Baxış: 2513 A- / A+
Azərbaycanda bir neçə dərman istifadədən çıxarılıb - SƏBƏB


“2017-ci ildə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri barədə Analitik Ekspertiza Mərkəzinə məlumat daxil olub. Bu ilin yanvar ayında isə artıq 150-dən çox dərmanın əlavə təsiri barədə məlumat almışıq”.

Manevr.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev jurnalistlərə açıqlamasında deyib.

E.Quliyev bildirib ki, bu il daxil olan müraciətlər yeni istifadə edilən dərmanlarla bağlıdır:

“Onlar arasında QİÇS xəstəliyində istifadə edilən dərmanların əlavə təsirlərindən müraciətlər də var. Dərman vasitələrinin əks-təsirlərindən müraciətlər həm də, həkim və xəstələrin bu məsələyə nə qədər ciddi yanaşması və məlumatlı olması ilə bağlıdır”.

E.Quliyev dərman vasitələrinin içlik vərəqlərində yazılandan əlavə təsirlərinin olması hallarını da istisna etmədiyini deyib:

“Dərman vasitələri istifadəyə veriləndən sonra da əlavə təsirlər ola bilər. Ümumiyyətlə, dərmanın gözlənilən və gözlənilməyən əlavə təsirləri olur. Həmin dərman vasitələri barədə bizə daxil olan müraciətlər araşdırılır. Bu səbəbdən bir sıra dərmanlar istifadədən çıxarılıb. Bu müraciətlər əsasında “Bioparoks” dərman vasitəsi istifadədən uzaqlaşdırılıb. “Sonafaks” dərman vasitəsi də Avropa, ABŞ-da qadağan edilmişdi. Bizdə də həmin dərman vasitəsi qadağan olundu. Lakin Belarus və Azərbaycandan başqa bütün MBD ölkələrində bu dərman istifadədədir. Ümumiyyətlə, Azərbaycana dərman vasitələri Avropa, Rusiya, MBD ölkələri, Türkiyədən idxal edilir. Bu dərmanların hamısının keyfiyyətinə təminat verilir”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar