Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA

Tarix: 14-02-2018 09:12     Baxış: 4503 A- / A+
DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA


Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araşdırmasından sonra yeni iddialar gündəmə gəlib.

Manevr.az xəbər verir ki, ABŞ-ın Boston Universitetinin alimləri bu dərmanlarla bağlı araşdırma aparıb. Onların qənaətinə görə, bu dərmanların daxili qanaxmadan başlayaraq infarkta qədər bir çox əks təsiri var.

Mütəxəssislər dərmanın həkim nəzarətində istifadəsini mütləq sayıb.

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən verilən məlumata görə, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir.

"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".

Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, ibuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar