Xəbər lenti
Bakıda 11 yaşlı uşağın qaraciyərindən exinokokk kistası çıxarılıb

Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən exinokokk kistası çıxarılıb.
Bu barədə uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib.
Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır:
“Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə exinokokk kistası mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.
Qaraciyərin 7-8 segmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən "kista" texniki cərrahi çətinliklərlə ləğv edildi”.
F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar