Xəbər lenti 
					
 
		Əhali arasında yayılan xəstəlik nədir? – AÇIQLANDI

Bu gün Bakıda əhali arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir.
Manevr.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.
Onun sözlərinə görə, xəstəliyin ağırlaşmaması üçün özündə zökəm əlamətlərini hiss edən şəxslər həkimə müraciət etsinlər.
R.Əliyeva qeyd edib ki, xəstəliklərlə bağlı müraciətlər daha çox mövsüm ərzində – sentyabr-may aylarında daxil olur.
R.Əliyeva bildirib ki, mövsüm ərzində daha çox tənəffüs sistemi, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir.
Baş terapevt əlavə edib ki, Kliniki Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub: “Müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəliklərinə görə edilən müraciətlər tutur. Qeyd edilən müddətdə 113 nəfər xəstəxanaya müraciət edib və stasionar müalicə edilib. Sonrakı yerləri isə bronxial astma, pnevmaniya, tənəffüs yollarının iltihabı və s. tutub”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















