Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kliniki ölümün sirri açılır: Yeni təcrübə … - Alimlərdən şok iddia

Tarix: 21-01-2018 11:40     Baxış: 3519 A- / A+
Kliniki ölümün sirri açılır: Yeni təcrübə

Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyi fonunda sıçrayışın nəticəsi ola bilər.

Alimlər kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyinin kəskin artdığını bildirir.

Bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.

ABŞ-ın Miçiqan Universitetinin elmi qrupu hesab edir ki, kliniki ölümdən həyata qayıtmış insanların təəssüratları, ölüm astanasında gördükləri yuxuların təsviri həmin anlarda beyin fəaliyyətinin kəskin fəallaşması barədə elmi fərziyyələri sübut edir.

Miçiqan Universitetində ölən sıçovullar üzərində aparılmış tədqiqatlar nəticəsində gəmiricinin öldüyü anlarda beyin qabığında elektrik dalğaların intensivliyində kəskin yüksəliş qeydə alınıb.

Elmi qrup hesab edir ki, kliniki ölüm vəziyyətini yaşamış xəstələrin həmin anlarda sankı səyahət etdikləri, özlərinə kənardan baxdıqları, həyati hisslər keçirdikləri barədə söylədikləri də məhz həmin prosesin nəticəsidir.

Lakin Kardif Universitetinin professoru Kris Çambers alimləri tələsik nəticələr çıxarmamağa çağırıb. Onun qənaətincə, siçovul beyninin öyrənilməsi gedişində əldə edilmiş nəticələri insan beyninin fəaliyyətilə bağlı proseslərə birbaşa şamil etmək düz olmaz./Teleqraf.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar