Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mədənizin düşməni olan qida məhsulları - SİYAHI

Tarix: 21-01-2018 11:16     Baxış: 4408 A- / A+
Mədənizin düşməni olan qida məhsulları


Mədə insanın ən vacib orqanlarından biridir. Bir çox xəstəliklər məhz həzm sistemində yaranan pozuntulardan başlayır. Ona görə də mədəniz üçün tələbə olunan qaydada sağlam qidalanma uzun ömrün zəmanətidir.

Manevr.az saglamolun.az-a istinadən xəbər verir ki, mədəniz üçün faydalı və ziyanlı olan qida məhsullarını tanımaqla və qidalanma rejiminizi bu siyahıya uyğun qurmaqla sağlam və uzun ömür qazana bilərsiniz.

Mədə üçün ən faydalı qida

Gəlin, mədənin sağlamlığını təmin edən, bir çox xəstəliklərdən sonra mədənin sağalmasına köğmək edən və həzm yolunun bir sıra xroniki problemlərini yüngülləşdirən qida məhsuluna nəzər salaq.

Bu məhsul ucuz və asan tapılandır. Sadəcə, bu məhsulu gündəlik qida siyahınıza daxil edin və tezliklə mədəniz sizə "təşəkkür edəcək”. Bu məhsulun adı kartofdur.

Adi kartof mədə üçün çoxlu faydalı maddələrin daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. Lazımi vitamin və minerallar da kartofun tərkibində kifayət qədərdir. Unutmayın ki, çiy kartofun şirəsi ilə mədə və 12-barmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Mədə üçün zərərli məhsullar

Bu barədə daha ətraflı məlumat vermək lazımdır. Amma bütün ziyanlı məhsullar barədə danışmaq təbii ki, mümkün deyil və ona görə də bu məhsulların ən təhlükəli növlərindən söz açacağıq.

Siyahının başında qazlaşdırılmış şirin içkilər (Fanta, Coca-Cola və bu növə aid müxtəlif işkilər) gəlir. Daha sonra çipslər, istənilən növ - şaurmadan tutmuş kartof “fri”sinə qədər bütün fast-fud məhsulları, kolbasa məmulatları, xüsusən də hisə verilmiş kolbasa yer alır.

Həmçinin konservlərin əksəriyyəti, mayonez, ketçup, hazır souslar da mədənin düşmənləridir və üstəlik, kanserogen (xərçəng xəstəliyi yaradan) maddələrlə zəngindir.

Paketlərdə satılan suplar (Doşirak, Rollton və s.), modifikasiya edilmiş nişasta, zənginləşdirilmiş pendir, duz və "E nnn" tipli qatışıqlar, marqarin və ondan hazırlanmış məhsullar, uzunmüddətli saxlanma üçün hazırlanan dondurmalar, şokolad çubuqları, çeynənən konfetlərdən də uzaq durmağınız məsləhətdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar