Xəbər lenti
Mədə qıcqırmasını və qəbizliyi yox edən MÖCÜZƏVİ BİTKİ
Əksər hallarda aloe vera adını eşidir, demək olar ki, bir çox dərmanların, gözəllik vasitələrinin tərkibində ondan istifadə olunduğunu bilirik. Bəs görəsən aloe veranı özəl edən xüsusiyyətləri hansılardır? Ailem.az bununla bağlı sizə geniş məlumat verəcək.
Aloe vera bitgisi Afrika mənşəli kaktus kimi tikanları olan bir bitkidir. 360 növü olduğu bildirilir. Cənubu Amerika, Cənubi Afrika kimi tropik ərazilərdə də yetişir. Bəzək bitkisi kimi də becərilən aloe vera daha çox tibbi və kosmetik məqsədlər üçün istifadə edilir.
Yarpaqlarında olan aloe vera geli adətən nəmləndirici olaraq istifadə olunur. Bu gel jelatin miqdarı baxımından olduqca zəngindir. Aloe vera gelinin tərkibində 18 amin turşusu, 20 mineral, 12 vitamin var. Bu bitkinin boyu içində olan aloe vera suyu sayəsində dörd metrə qədər uzana bilər.
Aloe vera bitkisinin 4 min il əvvəl də istifadə olunduğu təxmin edilir. Şumer yazılarında aloe vera bitkisi “gənclik bulağı” olaraq göstərilir. Aloe vera çiçəyi makedoniyalı İskəndərin müharibədə yaralananlar üçün istifadə etdiyi bir bitkidir.
Aloe veradan necə istifadə edilir?
Aloe vera bitkisinin iki şəkildə istifadəsi geniş yayılıb. Birincisi ağız yolu ilə, ikincisi isə dəridə krem şəklində istifadədir. Ağız yolu ilə istifadədə ağız içindəki yaraların yaxşılaşmasında, həzm sistemində faydası var. Krem şəklində istifadədə isə aleo vera bitkisinin kökə ən yaxın yerdəki yarpağından bir hissə götürülür. Həmin hissə bölünür və ortaya çıxan gel dəriyə sürtülür. Aleo vera saç üçün istifadə edildiyi təqdirdə saça canlılıq və parlaqlıq verir. Bu bitkidən istifadə zamanı diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə həmin şəxsin allergiyaya həssas olub-olmamasıdır. Allergiyası olan insanlar həkim tövsiyəsi ilə istifadə etməlidir. Aloe vera bitkisi bir çox krem, şampun, diş məcunu, losyonların tərkibində olur.
Aloe veranın faydaları nələrdir?
– Mikrob öldürücü olaraq istifadə edilir
– Orqanizmi mineral və vitaminlə təmin edir
– Sədəf xəstəliyinin təsirlərini azaldır
– Xərçəngin irəliləməsinin qarşısını alır
– Evdə saxlarkən həmin yerdə radiasiyanı azaldır
– Diabetə faydası var
– Sızanaqları yox edir
– Baş dərisindəki yaraları sağaldır
– Saça parlaqlıq verir. Saçların uzanmasına yardımçı olur
– Mədə qıcqırmasını aradan qaldırır
– Qəbizlik hallarında alma ilə aloe vera suyu istifadə edildikdə mükəmməl nəticə göstərir
– Suyu qaynadılaraq içildiyində astma xəstəliyinə faydalı olur
– Göz iltihablanmasında istifadə olunur
– Həşərat sancmalarında kömək edir
– Pəhrizlərdə arıqladıcı kimi istifadə edilir
Aloe veranın mənfi təsirləri
Aloe vera bir çox faydaya sahib olmasına baxmayaraq, əks təsirləri də var. Buna görə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, həkim məsləhəti mütləqdir.
– Allergik reaksiyalar verə bilər
– Qarın ağrımalarına səbəb ola bilər
– Qanda potasium səviyyəsini azaldıb halsızlıq, düzənsiz ürək döyüntüsü və əzələlərin yumşalması kimi problemlərə səbəb olur
– Aloin maddəsi tərkibi sayəsində xərçəng xəstələrinin istifadəsi zamanı xərçəng hüceyrələrinin sürətli çoxalmasına səbəb olur.
– Qan şəkərini aşağı saldığı üçün diabetdə problemlər ola bilər
– Çox istifadəsi orqanizmi susuzlaşdırır, sidiyin qırmızı rəngdə gəlməsi ilə nəticələnən ciddi problemlərə yol açar
– Ciddi yanıqlar və cərrahi yaralarda yaraların gec sağalmasına səbəb olur
– Günəşə çıxmadan əvvəl istifadə edilərsə, günəş ləkələrinə səbəb olur
– Hamilələrdə uşaqlıq yolunda erkən sıxılmalara səbəb olub, düşmə ilə nəticələnə bilər. Buna görə hamilələrin istifadə etməsi məsləhət deyil
– Hansısa cərrahi əməliyyat olacaqsa ondan əvvəl istifadəsi dayandırılmalıdır. Əgər dayandırılmasa əməliyyatlarda ölümlə sonuclana bilər.
– Menstruasiya zamanı qanamanı artırır. /bizimyol.info/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar