Xəbər lenti
Cücərmiş kartof ziyanlıdırmı? - SUAL
Kartofun rəng dəyişdirərək, cücərməsini əlbəttə hamımız görmüşük. Bəs bu kartofun qabığındakı cücərmə hansı səbəbə baş verir?
Günəş altında və ya yüksək rütubətə malik şəraitdə uzun müddət saxlanılan kartofların rəngi sarıdan yaşıl rəngə çevrilir. Bu göyərmə kartofda, bütün yaşıl bitkilərdə olan xlorofilin artdığını göstərir.
Kartof qabıqlarının bəzi hissələrində görülən yaşıl rənglər əslində normaldır, bitkilərdə xlorofilə görə bu cür ləkələr yarana bilər. Ancaq məsələ kartof olduğu üçün solanin maddəsi işə başlayır.
Bir qismi və ya hamısı yaşıl rəngə bürünmüş kartoflar, solanin maddəsi səbəbilə zəhərlənmə təsiri verə bilər. Kartofda yaşıl rəngin sıxlığı artdıqca zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin yaranması əvvəlcə qabıqdan başlayır. Müəyyən müddətdən sonra dərinə doğru irəliləyərək, kartofun hamısını əhatə edir.
Solanin zəhərlənməsinin insanlarda ortaya çıxardığı reaksiyalar arasında ürək bulanması, baş ağrısı, qarın ağrısı, ishal və qusma sayıla bilər. Şiddətli reaksiyalar arasında isə iflic, koma və ya hallyusinasiya sayıla bilər. Yaşıl kartof hissələrinin acı dada malik olması səbəbindən çox insan və heyvan onu udmur.
Əgər kartof tamamilə yaşıldırsa və ya dadı acıdırsa, birbaşa zibilə atmaqda fayda var. Əgər yaşıl nöqtələr kiçikdirsə, yaşıl olan hissəni bıçaqla kəsib kartofu istifadə etmək olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar