Xəbər lenti 
					
 
		Uşaq xəstə olanda ən tez-tez edilən 3 SƏHV

Ailə uşağın xəstələnməsi böyük həyacan və narahatçılığa səbəb olur.
Lakin bundan qorxmaq və təşvişə düşmək lazım deyil. Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla "qöruşəndə" inkişaf edir, möhkəmlənir, daha mükəmməl olur. Manevr.az saglamolun.az-a istinadən bildirir ki, bu təbii fizioloji prosesdir. Pediatrların fikrinə görə, hər bir uşağın 1 il ərzində 4-5 dəfə xəstələnməyə "hüququ" var. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.
Təəssüf ki, bir çox valideynlər soyuqdəymə və qripp zamanı uşağa düzgün baxım qaydalarını bilmir və bu kimi səhvlər edir:
1. Qızdırması olan uşağı isti otaqda saxlmaq, üstünü isti yorğanla örtmək və s. Bu yalnız hərarətin artmasına, uşağın vəziyyətinin daha da ağırlaşmasna gətirib çıxardacaq. Əksinə otağan temperaturanı aşağı salmaq, uşağı yüngül geyindirmək, üstünü yüngül örtmək lazımdır.
2. Həkimlə məsləhətləşmədən uşağa antibiotiklər vermək. Bu çox yayılmış və ciddi səhvdir. Soyuqdəymə və qripp xəstəlikləri virus tərəfindən törədilir ki, antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həkim tərəfindən və buna ciddi səbəb olanda uşağa təyin edilir. Səbəbsiz qəbul olunan antibiotik orqanizmə yalnız ziyan vurur.
3. Xəstə uşağı zorla yedizdirmək, kalorili yeməkləri vermək. "Uşaq yaxşı yesin ki, sağalsın" kimi fikirlər yalnışdır. Əksinə xəstəlik zamanı uşağın yeməyi yüngül və duru olmaldır. Uşaq yemək istəmirsə, onu zorla yedizdirməyin, ona bol maye verin. Bu uşağın vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















