Xəbər lenti 
					
 
		Ginekoloqların alt paltarı ilə bağlı qadınlara 5 VACİB məsləhəti

2012-ci ildə aparılan tədqiqata əsasən, bir qadının qarderobunda orta hesabla təxminən 34 tuman olur. Lakin bəziləri alt paltarını hər gün dəyişməyə tənbəllik edir və nəticədə, bir sıra problemlər ortaya çıxır.
Manevr.az bu yazıda oxucuları ginekoloqların alt paltarı ilə bağlı qadnıara verdiyi 5 vacib məsləhəti ilə tanış edib.
Dəri qaşınmağa başlayır
Uzun müddət çirkli paltarda gəzəndə ilk növbədə dəri qaşınmağa başlayır. Bu, corab, köynək, mayka, alt paltarı və başqa geyimlər ola bilər. Yadda saxlayın ki, çirkli paltar bədənin istənilən nahiyəsində qaşınma yaradır. O cümlədən, natəmiz tuman da dərini qıcıqlandıra və sizi qaşınmağa məcbur edə bilər.
Bu, alt paltarında bakteriya toplanması səbəbindən baş verir. Uzun müddət eyni tumanı geyinmək konkret kənar effekt və xüsusi narahatlıq doğurmur, lakin o daha ciddi nəticələrə gətirib çıxara bilər.
Yara və səpgi əmələ gələ bilər
Əvvəlcə qaşınma, ardınca isə səpgi və ağrı yaranır. Bu əlamətlərə məhəl qoymadıqda yara və ya qızartıların yaranmasına gətirib çıxara bilər. Onların müalicəsi mümkündür, bununla belə sağlmalığı riskə atan, özünə biganə yanaşan insanlara heç bir halda bəraət qazandırmaq olmaz.
Biz alt paltarını dəyişməyənə və intim zonanı su ilə yuyub təmizləməyənə qədər bakteriyalar genital bölgədə toplanmağa və çoxalmağa davam edəcək.
Belə vəziyyətdə qırmızı səpgi meydana gəlir. Sözsüz ki, bu əlamətlər xoşagəlməz hisslər yaradır və sizi bakteriyaların olduğu zonanı qaşımağa vadar edir.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















