Xəbər lenti 
					
 
		Suya bal və istiot töküb içsəniz... – BUNLARI BİLMİRSİNİZ
Adətən istiotdan yalnız xörək bişirərkən istifadə edilir. Amma istiotun digər sahələrdə də faydası var.
Paltarların rənginin solmasını əngəlləyir
Paltar yuyan maşına bir çay qaşığı istiot atsanız, tünd rəngli paltarların rəngi solmayacaq.
Həşəratları uzaqlaşdırır
Qarışqalar və ya siçanlarla bağlı probleminiz varsa, istiot sizə kömək edə bilər. Həşəratlarla rastlaşdığınız yerlərə bir az istiot səpin.
Bitkilərinizi qoruyur
Bağçanıza əkdiyiniz çiçək və tərəvəzlərin həşəratlar tərəfindən yeyilməsindən narahatsınızsa, istiotla unu qarışdırıb bağınıza səpin.
Ayaqları isidir
Buz kimi ayaqlarınızı isidə bilmirsinizsə, bir az istiot səpib corab geyinin. İstiot bütün gecə ayaqlarınızın isti qalmasını təmin edəcək.
Dəri problemlərini aradan qaldırır
İstiot və saf yağ qarışımı eqzema və qaşıntı kimi dəri problemlərini aradan qaldırmaqda təsirlidir. Sızanaqlardan qurtulmaq üçün bütöv istiot dənələrini suyun içində əzdikdən sonra sızanaqlara sürtə bilərsiniz.
Qəbizliyə faydası var
Suya bir az istiot və bal əlavə etdikdən sonra qarışdırıb için. Qəbizlik və ya həzmsizlik kimi problemləriniz varsa, bu qarışım sizi rahatlaşdıracaq. Həmçinin bədəninizdən toksinlərin atılmasını təmin edəcək.
Soyuqdəyməyə kömək edir
Yüz illərdir elm adamları soyuqdəymə müalicəsində istiotun təsirli olduğunu söyləyirlər. Qaynayan suya bir az istiot əlavə edib içsəniz, soyuqdəymənizi aradan götürəcək.
Ağız təmizliyində təsirlidir
Ağız qoxusundan qurtulmaq üçün yarım çay qaşığı duz və bir çimdik istiotu ilıq suya töküb, bu su ilə qarqara edin. Boğaz ağrısı varsa, bir çimdik istiot və yarım çay qaşığı duzu əzilmiş bir diş sarımsaqla birlikdə ilıq suya atın və qarqara edib tüpürün.
Baş ağrısını aradan qaldırır
İstiotu bir neçə damcı zeytun yağı ilə qarışdırıb gicgahınıza sürtsəniz, təzyiqinizi salmağa kömək edəcək. Həmçinin tıxanıqlığı, açaraq allergiya ilə əlaqədar olan baş ağrısını aradan qaldıracaq./ailem.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















