Xəbər lenti 
					
 
		Saç ağarmasının səbəbləri

İnsanlar yaşa dolduqca saçlarının ağarmasını müşahidə edirlər. Bunun səbəbi saç soğanağındakı xüsusi hüceyrələrin melanin piqmentini az ifraz etməsidir. Bu, bəlli bir yaşdan sonra normal proses sayılır. Lakin bəzən insanın saçları 20-30 yaşlarında sürətlə ağarmağa başlayır.
Manevr.az xəbər verir ki, gənc yaşda saçların ağarmasının səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri irsiyyətdir. Bəzən isə bunun səbəbi orqanizmdə gedən hər hansı pozulmadır.
Saçların ağarmasının səbəbləri:
- vitamin və mineralların kəskin çatışmazlığı
- qalxanvari vəzi fəaliyyətinin pozulmaları
- qara ciyər və böyrək xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- maddələr mübadiləsi proseslərinin pozulmaları
- çox güclü stress
- xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi
- yuxunun pozulması
- miqren
- gizli şəkər
Mütəxəssislərin bildirdiyinə görə, əgər saçlar vaxtından əvvəl ağarırsa, o zaman mütləq həkimə müraciət etmək lazımdır./axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















