Xəbər lenti
"Nazir düşsün aşağı" - 26 yaşlı ana Səhiyyə Nazirliyinin qarşısında üsyan etdi

26 yaşlı gənc ana Səhiyyə Naziriliyinin qarşısında etiraz aksiyası keçirib.
Manevr.az-ın 24saat.org saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib. Qaraciyər serrozundan əziyyət çəkən və 5 ildir müalicə ala bilməyən 26 yaşlı Nahidə Həmzəyeva Səhiyyə Nazirliyinin qarşısında təkbaşına aksiya keçirib. O bildirib ki, himayəsində azyaşlı övaldı var. Uzun müddətdir müxtəlif qurumlara müraciət etməsinə baxmayaraq, müalicəsi üçün diqqət ayrılmır.
Uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüşməyi tələb edən gənc ananın üzünə qapılar bağlanıb.
Baş verənləri hadisə yerində olan jurnalistlər anbaan çəkiblər. Aşağıdakı videoda etrazın detalları əksini tapıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlama verib. O təsdiqləyib ki, bu xanım dəfələrlə nazirliyə müraciət edib və hər dəfə dövlət xəstəxanalarına yerləşdirilib:
"O, həm müayinə, həm də müalicə olunub. Sadəcə, dövlət xəstəxanalarını bəyənmir və deyir ki, onu özəl xəstəxanaya yerləşdirək. Bizim isə buna səlahiyyətimiz çatmır. Ötən gün də onun burada belə etiraz etməsinə səbəb bu olub. Qadın, hətta xaricə göndərilməsini tələb edir".
Onun sözlərinə görə, gənc ananın ötən gün nazirlik qarşısında etirazına heç kim gülməyib və heç kim də onunla kobud rəftar etməyib. Hətta inspektor ona yenidən xəstəxanada yerləşdirməyi təklif etsə də, bununla razılaşmayıb.
Nahidə Həmzəyeva isə bildirib ki, 5 ildən çoxdur nazirliklə Lənkaran rayon Mərkəzi Xəstəxanasının arasında qalıb. Müalicə müsbət təsir etmir və səhhəti günü gündən pisləşir.(admiral.az-a)
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar