Xəbər lenti 
					
 
		ABŞ-ın dərman almamaq çağırışına SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı etdiyi tövsiyəsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, E.Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə məlumatları mətbuatdan oxuyub.
O qeyd edib ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyə etməsi onların öz şəxsi fikirləri və seçimidir:
"Ancaq hər halda Azərbaycanda yaşayan Amerika və digər ölkələrin vətəndaşları məhz bizim ölkənin səhiyyə xidmətlərindən yararlanırlar. Hazırda Azərbaycanda dünyada icra olunan mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmçinin, ölkədə özəl səhiyyə də inkişaf edir. Belə tibb müəssisələrinin də sayı artır. Bu gün Azərbaycanda özəl fəaliyyətlə məşğul olan 870 səhiyyə ocağı, təxminən 2300-dən çox əczaçılıq müəssisəsi fəaliyyət göstərir. İstər dövlət, istərsə də dövlət müəssisəsi olsun, biz onlar arasında fərq qoymuruq"./Trend
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















