Xəbər lenti
Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... - ŞƏFAVERİCİ TƏSİRLƏRİ
Nar payızda yetişən və sağlamlığımıza olduqca faydalı olan bir meyvə növüdür. Narın özündən çəyirdəyinə, hətta qabığına qədər sağlamlığımıza bir çox sahədə faydası var. Manevr.az ailem.az-a istinadən bu mükəmməl meyvənin saymaqla qurtarmayan faydaları barədə məlumat verir.
Hemoroid müalicəsində istifadə edilir
Cəmiyyətdə ən çox yayılmış sağlamlıq problemlərindən biri də hemoroiddir. Bu xəstəlik gündəlik həyatda insanları çox narahat edir. Yarım litr suya bir ovuc atılaraq saxlanan nar qabığı suyunun bu xəstəliyə şəfa olduğu bildirilir.
Həzm sisteminə faydası var
Gündə bir ədəd mövsümündə yeyilən nar həzm sistemi xəstəliklərinə kömək edir.
Yanıqlarda müalicə məqsədi ilə istifadə olunur
Nar qabığı püresinin yanıqlar üzərində müalicəvi təsiri var. Qabığı döyülərək yaranın üzərinə qoyularsa, sağalma müddətini sürətləndirər. Yara üzərində olan mikrobları yox edir.
Xərçəng xəstəliklərindən qoruyur
Aparılan araşdırmalar nəticəsində narın xərçəng hüceyrələrinin yayılma sürətini azaltdığı ortaya çıxıb. Eyni zamanda xərçəng hüceyrələrinə öldürücü təsir göstərmə xüsusiyyətinin də olduğu bilinməkdədir.
Qandakı mikrobları təmizləyir
Narın tərkibində olan antioksidantların qan təmizləyici təsiri var.
Pnevmoniyanı sağaldır
Narin faydaları arasında pnevmoniyanı da müalicə edici təsiri olduğu söylənir. Nar immuniteti sürətli bir şəkildə gücləndirdiyindən pnevmoniya olan xəstələrə də məsləhət görülür.
Ürəkgetmələrə qarşı nar suyu
Narın təzyiqi normallaşdırıcı təsiri var. Bundan başqa ürəyi gedən şəxsə içirilən nar suyunun ayıldıcı təsiri olduğu bilinir.
Nar çiçəyinin də sağlamlığa inanılmaz müsbət təsirləri mövcuddur.
- İshalın qarşısını alır və müalicə edici özəlliyi var.
- Nar çiçəyinin dəri üzərində də bir çox təsiri mövcuddur. Nar çiçəyi ölü hüceyrələrin təzələnməsini və canlanmasına şərait yaradır.
- Qrip və öskürək kimi infeksion xəstəliklərdə nar çiçəyinin nəfəs açıcı təsiri olduğu bilinir.
- Nar çiçəyi suyunun bağırsaq qurdlarına öldürücü təsiri var.
- Bu suyla qarqara etmək ağız və diş əti xəstəliklərinə qarşı qoruma yaradır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar