Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Artıq bu xəstələr əməliyyat üçün XARİCƏ GETMƏYƏCƏK - Azərbaycanda İLK

Tarix: 08-11-2017 09:26     Baxış: 5553 A- / A+
Artıq bu xəstələr əməliyyat üçün XARİCƏ GETMƏYƏCƏK


Hazırda Milli Oftomologiya Mərkəzində 3000-dən çox xəstə gözün buynuz qişasının transplantasiyası əməliyyatını gözləyir.
Publika.az-ın xəbərinə görə, bu sözləri Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya mərkəzininin aparıcı elmi işçisi Fərəh Abduləliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günlərdə prezident İlham Əliyevin verdiyi fərman artıq həmin şəxslərin ölkəmizdə əməliyyat edilməsinə imkan verəcək:

“Xəstələrin 10-20 faizini uşaqlar təşkil edir. Buynuz qişalar ABŞ, Rusiya, İrandan gətiriləcək. Artıq bu transplantların ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Yaxın günlərdə transplantlar ölkəyə gətiriləcək. Bir neçə həftəyə buynuz qişanın transplantasiyası əməliyyatı ilk dəfə ölkəmizdə icra ediləcək. İlk mərhələdə təcili əməliyyata ehtiyacı olan şəxslər əməliyyat olunacaq. Sonra isə növbəli şəkildə ehtiyacı olanların hamısı əməliyyata cəlb ediləcək”.

Bu xəstəliyin əsasən 18 yaşdan sonra müşahidə edildiyini vurğulayan F.Abduləliyeva sözlərinə belə davam edib: “Keraktokonus xəstəliyini, buynuz qişanın zədələnməsi kimi problemi yaşayan şəxslərdə, habelə yaşlı adamlarda əvvəlki göz əməliyyatlarından sonra yaranan problemlərə görə buynuz qişanın transpalntasiyasına ehtiyac olur:

“Bu xəstələr ölkəmizdə əməliyyat edilə bilmədiyindən xarici ölkələr-Rusiya, İrana üz tuturdular. Artıq bu xəstələr ölkəmizdə əməliyyat ediləcək. İlkin mərhələdə bu əməliyyatı ölkədə yalnız 4 həkimin icra etməsinə icazə verilib. Bu əməliyyatlar Milli Oftomologiya Mərkəzi və Respublika Diaqnostika Mərkəzində icra ediləcək”.

F.Abduləliyeva bildirib ki, hazırda mərkəzdə buynuz qişa bankı yaradılır:

“Gələcəkdə buynuz qişanın transplantasiyası üçün xaricdə donor gətirməyə ehtiyac olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar